Səba Surəsi 27. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
De: “Ona qoşduğunuz şərikləri bir mənə göstərin. Xeyr! O, Qüdrətli, Müdrik Allahdır!”
Bünyadov-Məmmədəliyev:
De: “Ona qoşduğunuz şərikləri bir mənə göstərin. Xeyr (heç kəs Ona şərik ola bilməz). Yenilməz qüvvət, hikmət sahibi ancaq O (bir olan) Allahdır!”
Elmir Quliyev :
Скажи: "Покажите мне тех, кого вы приобщаете к Нему в сотоварищи. О нет! Он Аллах, Могущественный, Мудрый".
Ələddin Sultanov:
De: “Allaha qoşduğunuz şərikləri mənə göstərin! Xeyr! Əksinə, O, yenilməz qüvvət hikmət sahibidir”.
Kerbelayi Malik ağa:
De ki: ‘Ortaqlığa daxil etdiyiniz şərikləri (Allaha şirk qoşduğunuz bütləri) mənə göstərin. Ola bilməz, xeyr (onlar Allaha şərik ola bilməzlər). O Allah ki, Əzizdir, Hakimdir.
Ələsgər Musayev:
De: «Göstərin mənə o kəsləri ki, siz Ona şərik qoşurdunuz!» Belə deyil! Bəli, O Allah Əzizdir, Həkimdir!
A.Mehdiyev və D.Cəfərli:
De: «Allaha şərik qoşduqlarınızı mənə göstərin (görüm onlarda tanrılıq əlamətlərindən bir şey var, ya yoxdur?) Belə deyildir. Odur vacib, yeganə bütün kamalları Özündə cəmləndirən Allah, (Odur) yenilməz qüdrət hikmət sahibi».
Kövsər Tağıyev:
De ki: “Allaha şərik qoşduqlarınızı mənə göstərin! Xeyr! (Heç bir şey Allaha şərik ola bilməz.) Əksinə O, mütləq güc sahibi, hökm hikmət sahibi Allahdır”.
M.Qənioğlu və T.Bilaloğlu:
De: “Allaha qoşduqlannız şərikləri bir mənə göstərin. Əsla yox! O, qüdrət, hökm hikmət sahibi olan Allahdır."
Sabirə Dünyamalıyeva:
De ki: "Ona şəriklər deyə qoşduqlarınızı mənə göstərin görüm! Qətiyyən sizin düşündüyünüz kimi deyil... Xeyr! Əksinə, O, ən üstün, ən güclü, ən şərəfli, məğlub edilməsi mümkün olmayan/mütləq qalib olan, ən yaxşı qanun qoyan, pozulmağın qarşısını yaxşı alan/möhkəm edən Allahdır."