Əlixan Musayev:
Biz göyü, yeri və onların arasındakılarını nahaq yerə xəlq etməmişik. Bu, kafirlərin zənnidir. Vay o kafirlərin Oddakı halına!
Bünyadov-Məmmədəliyev:
Biz göyü, yeri və onların arasında olanları (bütün məxluqatı) boş-boşuna yaratmadıq. Bu, kafirlərin zənnidir. Vay cəhənnəm odunda yanacaq kafirlərin halına!
Elmir Quliyev
:
Мы не создали небо, землю и то, что между ними, понапрасну. Так думают только те, которые не веруют. Горе же тем, которые не веруют, от Огня!
Ələddin Sultanov:
Biz göyü, yeri və onların arasındakıları boş yerə yaratmamışıq. Bu, kafirlərin zənnidir. Vay o kafirlərin cəhənnəmdəki halına!
Kerbelayi Malik ağa:
Səmanı, yer üzünü və ikisi arasındakı şeyləri boş-boşuna yaratmadıq. Bu, inkar edənlərin zənnidir. Artıq atəş səbəbiylə (əzab ediləcəkləri üçün) inkar edənlərin vay halına.
Ələsgər Musayev:
Biz səmanı və ərzi və onlar arasında olanları batil xəlq
etmədik. O kəslər ki, kafirdirlər, belə zənn edirlər. Vay olsun o
kəslər üçün ki, kafirdirlər, oddan!
A.Mehdiyev və D.Cəfərli:
Biz göyü, yeri və onların arasında olanları bihudə və əbəs yerə yaratmamışıq. Bu, küfr edənlərin zənnidir. Buna görə də (cəhənnəm) od(un)dan vay olsun kafirlərin halına!
Kövsər Tağıyev:
Biz də bunu ona bağışladıq. Şübhəsiz, qatımızda onun üçün bir yaxınlıq və dönüb gələcəyi gözəl bir yer var.
M.Qənioğlu və T.Bilaloğlu:
Biz göyü, yeri və onların arasında olanları boş-boşuna yaratmamışıq. Bu, kafirlərin zənnidir. Oddan vay kafirlərin halına!
Sabirə Dünyamalıyeva:
Və Biz göyü, yeri və onların arasında olanları boş-boşuna əmələ gətirmədik. Bu, kafirlərin [Allahın məbud və rəbb olduğunu bilə-bilə inkar edənlərin] zənnidir. Cəhənnəm odu səbəbindən, bu kafirlərin [Allahın məbud və rəbb olduğunu bilə-bilə inkar edənlərin] vay halına!