Nisa Surəsi 27. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Allah sizin tövbələrinizi qəbul etmək istədiyi halda, ehtiraslara qapılanlar sizi çox kənara meyl etməyə (haqdan uzaqlaşmağa) yönəldərlər.
Bünyadov-Məmmədəliyev:
Allah sizin tövbələrinizi qəbul etmək istəyir. Öz nəfsinə uyanlar isə sizi böyük bir əyriliklə (düz yoldan) sapdırmaq istəyirlər.
Elmir Quliyev :
Аллах желает принять ваши покаяния, а потакающие своим страстям желают, чтобы вы сильно уклонились в сторону.
Ələddin Sultanov:
Allah tövbələrinizi qəbul etmək istəyir. (Nəfsani) arzularına uyanlar isə sizin böyük bir əyriliyə (əyri yola) meyil etməyinizi istəyirlər.
Kerbelayi Malik ağa:
Allah sizin tövbənizi qəbul etmək istəyər, şəhvətlərinə uyanlar isə sizin böyük bir meyillə (şəhvətə) meyl etməyinizi istəyərlər.
Ələsgər Musayev:
İstəyir Allah qayıda üzərinizə sizin istəyirlər o kəslər ki, tabe olurlar şəhvətə, döndərsinlər sizi döndərməklə əzəmətli.
A.Mehdiyev və D.Cəfərli:
Həmçinin Allah sizə nəzər salmaq istəyir. Nəfsi istəklərə tabe olanlar isə sizin böyük bir əyriliklə (haqq yoldan) sapmağınızı istəyirlər.
Kövsər Tağıyev:
Allah sizin tövbənizi qəbul etmək istəyir. Şəhvətlərinə uyanlar isə sizin böyük bir sapqınlığa düşməyinizi istəyirlər.
M.Qənioğlu və T.Bilaloğlu:
Allah sizin tövbələrinizi qəbul etmək istəyir, şəhvətlərə uyanlar isə sizi yoldan tamamilə çıxarmaq istəyirlər.
Sabirə Dünyamalıyeva:
Allah, sizin tövbələrinizi qəbul etmək istəyir. Şəhvətlərinə uyan kəslər də, sizin doğru yoldan böyük bir əyriliklə sapmağınızı istəyirlər.