Mömin Surəsi 27. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Musa dedi: “Mən Hesablaşma gününə inanmayan hər bir təkəbbürlüdən həm mənim Rəbbim, həm sizin Rəbbiniz (olan Allaha) sığınıram!”
Bünyadov-Məmmədəliyev:
Musa dedi: “Mən haqq-hesab gününə inanmayan hər bir təkəbbür sahibindən həm mənim Rəbbim, həm sizin Rəbbiniz olan Allaha pənah aparıram!”
Elmir Quliyev :
Муса (Моисей) сказал: "Воистину, я прибег к защите моего Господа и вашего Господа от всякого превознесшегося гордеца, не верующего в День расчета".
Ələddin Sultanov:
Musa isə: “Mən haqq-hesab gününə inanmayan hər bir təkəbbürlüdən mənim də, sizin Rəbbiniz olan Allaha sığındım!” - dedi.
Kerbelayi Malik ağa:
Hz. Musa dedi ki: ‘Şübhəsiz ki, mən hesab gününə inanmayan, təkəbbürlənənlərin hamısından sənin Rəbbin olan Rəbbimə sığınıram.’
Ələsgər Musayev:
Musa dedi: «Mən öz Rəbbimə sizin Rəbbinizə sığınıram külli təkəbbürlülərdən, hansı ki, inanmır hesab gününə!»
A.Mehdiyev və D.Cəfərli:
Musa (Firona onun ətrafındakılara xitab edərək) dedi: «Həqiqətən mən hesab gününə imanı olmayan hər bir təkəbbür sahibin(in şərin)dən öz Rəbbimə sizin Rəbbinizə pənah aparmışam.
Kövsər Tağıyev:
Musa: “Mən hesab gününə inanmayan hər bir təkəbbür sahibindən mənim də, sizin Rəbbiniz olan Allaha sığınıram”, dedi.
M.Qənioğlu və T.Bilaloğlu:
Musa dedi: "Mən haqq-hesab gününə inanmayan hər bir təkəbbürlüdən (uzaqlaşıb) Rəbbimə - Rəbbinizə sığınaram!"
Sabirə Dünyamalıyeva:
Musa da: "Şübhəsiz ki, mən hesab gününə inanmayan hər bir təkəbbür sahibindən mənim Rəbbim sizin Rəbbinizə sığınıram" dedi.