Fussilət Surəsi 27. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Biz kafirlərə mütləq şiddətli bir əzab daddıracaq onları etdikləri əməllərin ən pisi ilə cəzalandıracağıq.
Bünyadov-Məmmədəliyev:
Biz kafir olanlara mütləq şiddətli bir əzab daddıracaq, etdikləri əməllərin ən şiddətli cəzasını verəcəyik!
Elmir Quliyev :
Мы непременно дадим неверующим вкусить тяжкие мучения и воздадим им за наихудшее из того, что они совершали.
Ələddin Sultanov:
Kafirlərə, əlbəttə, şiddətli bir əzab daddıracağıq onları etdikləri əməllərin ən pisi ilə cəzalandıracağıq.
Kerbelayi Malik ağa:
Bundan sonra inkar edənlərə mütləq şiddətli əzabı daddıracağıq. Onları etdiklərinin ən pisi ilə cəzlandıracağıq.
Ələsgər Musayev:
Biz daddırarıq o kəslərə ki, kafirdirlər, şiddətli əzabı! Verərik onlara pis mükafatlarını, odur ki, oldular əməllilər.
A.Mehdiyev və D.Cəfərli:
Buna görə Biz küfr etmiş kəslərə şiddətli əzab daddıracaq mütləq onları etdikləri çox pis işlərə görə cəzalandıracağıq (və ya onların pis işlərinin həqiqi təzahürünü onların axirət cəzaları edəcəyik).
Kövsər Tağıyev:
İnkar edənlərə mütləq şiddətli bir əzabı daddıracağıq onları etdiklərinin ən pisi ilə cəzalandıracağıq.
M.Qənioğlu və T.Bilaloğlu:
Biz hökmən kafirlərə şiddətli bir əzab daddıracağıq, onlan etdikləri ən pis əməllərin qarşılığı ilə cəzalandıracağıq.
Sabirə Dünyamalıyeva:
Artıq Biz, əlbəttə ki, kafirlərə [Allahın məbud rəbb olduğunu bilə-bilə inkar edən kəslərə] şiddətli bir əzab daddıracağıq. həqiqətən onlara, işlədikləri əməllərin ən pisini əvəz olaraq verəcəyik.