Zuxruf Surəsi 27. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Yalnız məni yaradandan başqa! Şübhəsiz ki, O məni doğru yola yönəldəcəkdir”.
Bünyadov-Məmmədəliyev:
Yalnız məni yoxdan yaradan (Allahdan) başqa! Şübhəsiz ki, O məni doğru yola müvəffəq edəcəkdir!”
Elmir Quliyev :
кроме Того, Кто сотворил меня. Воистину, Он поведет меня прямым путем".
Ələddin Sultanov:
Mən yalnız məni yaradana ibadət edirəm. Şübhəsiz ki, O məni doğru yola yönəldəcəkdir”.
Kerbelayi Malik ağa:
Ancaq məni yaradandan başqa. Şübhəsiz ki, O, məni hidayətə ərdirəcək.
Ələsgər Musayev:
ancaq Odur ki, yaratdı məni həqiqətən, O hidayət edəcək məni!»
A.Mehdiyev və D.Cəfərli:
məni yaratmış (yoxluqdan varlığa gətirmiş) kəs istisna olmaqla ki, əlbəttə O, tezliklə məni (dünyada müxtəlif insani kamilliklərə axirətdə Cənnətə) hidayət edəcəkdir.»
Kövsər Tağıyev:
“Mən ancaq məni yaradana tapınaram. Şübhəsiz, O, məni doğru yola yönəldəcək”.
M.Qənioğlu və T.Bilaloğlu:
bircə məni yoxdan yaradan istisna olmaqla. Həqiqətən O, mənə düz yol göstərəcəkdir!"
Sabirə Dünyamalıyeva:
-Məni yoxdan yaradandan başqa.- Şübhəsiz ki, artıq O, məni doğru yola yönləndirəcək" dedi.