Əlixan Musayev:
Göylərin və yerin hökmranlığı ancaq Allaha məxsusdur. O Saatın gələcəyi gün – məhz o gün yalan danışanlar ziyana uğrayacaqlar.
Bünyadov-Məmmədəliyev:
Göylərin və yerin hökmü ancaq Allahın əlindədir. Qiyamət qopacağı gün – məhz o gün batil danışanlar (Allaha iftira yaxanlar) ziyana uğrayacaqlar!
Elmir Quliyev
:
Аллаху принадлежит власть над небесами и землей. В тот день, когда настанет Час, приверженцы лжи окажутся в убытке.
Ələddin Sultanov:
Göylərin və yerin hökmranlığı Allaha məxsusdur. Qiyamətin qopacağı gün məhz o gün inkar edənlər ziyana uğrayacaqlar.
Kerbelayi Malik ağa:
Göylərin və yerin mülkü Allahındır. O saatın baş verəcəyi izn günü, batil danışanlar hüsranda olacaqlar.
Ələsgər Musayev:
Allah üçündür mülkü
səmaların və ərzin. O gün qalxar saat, o gün batil sayanlar
xəsarətdə olacaqlar!
A.Mehdiyev və D.Cəfərli:
Göylərin və yerin həqiqi malik və sahibi Allahdır (çünki onların yaradılması, qorunması və məhv edilməsi Onun əlindədir). Batilə uyanlar Qiyamətin qopacağı gün, (bəli, məhz) həmin gün ziyana uğrayacaqlar.
Kövsər Tağıyev:
Göylərin və yerin hökmranlığı Allahındır. Qiyamətin qopacağı gün, bax o gün batilə sapanlar ziyana uğrayacaqlar.
M.Qənioğlu və T.Bilaloğlu:
Göylərin və yerin mülkü ancaq Allaha məxsusdur. Qiyamətin gələcəyi O gün isə (haqqı) yalan hesab edənlər uduzmuş olacaqlar.
Sabirə Dünyamalıyeva:
Göylərin və yerin mülkü də yalnız Allaha məxsusdur. Qiyamət anının gəldiyi gün; bax o gün, batil yolda olanlar ziyana uğrayacaqlar."