Əhqaf Surəsi 27. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Biz sizin ətrafınızda olan şəhərləri məhv etdik. Biz ayələri onlara (müxtəlif cür) izah etdik ki, bəlkə (küfrdən) əl çəkələr.
Bünyadov-Məmmədəliyev:
And olsun ki, Biz sizin ətrafınızda olan məmləkətləri (Səmud, Lut tayfalarının yurdlarını) məhv etdik. Bəlkə, (haqqa, imana) qayıdalar deyə, ayələri onlara cürbəcür şəkildə bəyan etdik (təkrar-təkrar göstərdik).
Elmir Quliyev :
Мы уже погубили селения, которые были вокруг вас, и разъяснили знамения, чтобы они могли вернуться на прямой путь.
Ələddin Sultanov:
Biz sizin ətrafınızdakı (Səmud Ad kimi) məmləkətləri məhv etdik. Bəlkə (haqq yola) qayıdalar deyə ayələri (dəlilləri) təkrar-təkrar bəyan etdik.
Kerbelayi Malik ağa:
And olsun ki, sizin ətrafınızdakı şəhərlərdən bir çoxunu həlak etdik. Ayələri açıqladıq ki, bəlkə beləcə onlar dönərlər.
Ələsgər Musayev:
Əlbəttə, həlak etdik Biz ətrafınızda olan kəndlərdən sərf etdik ayətləri, ola ki, müraciət etsinlər!
A.Mehdiyev və D.Cəfərli:
Həqiqətən Biz siz (Məkkə əhlin)in ətrafınızda olan cəmiyyətləri (Hicr yoldaşlarını, Səmud Lut qövmlərini) həlak etdik onlara (Özümüzün) müxtəlif (tovhid əzəmət) ayələri(mizi) göstərdik ki, bəlkə (haqqa) qayıtdılar.
Kövsər Tağıyev:
And olsun, biz ətrafınızdakı məmləkətləri yox etdik. (Doğru yola) qayıtsınlar deyə ayələri təkrar-təkrar açıqladıq.
M.Qənioğlu və T.Bilaloğlu:
Biz sizin ətrafınızda olan məmləkətləri məhv etdik ayələri incələyib aydınlaşdırmışdıq ki, bəlkə (haqqa) dönələr.
Sabirə Dünyamalıyeva:
Həqiqətən Biz, sizin qonşularınız olan məmləkətləri dəyişikliyə/məhvə məruz qoyduq. Ayələri, onlar [haqqa] qayıtsınlar deyə təkrar-təkrar izah etdik.