Qaf Surəsi 27. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Yoldaşı (şeytan) deyəcəkdir: “Ey Rəbbimiz! Onu mən yoldan çıxartmadım, əksinə, o özü dərin azğınlıq içində idi!”
Bünyadov-Məmmədəliyev:
Yoldaşı (Şeytan ya öz nəfsi) deyəcəkdir: “Ey Rəbbimiz! Onu mən azdırmadım. Fəqət o özü haqq yoldan çox azmışdı!”
Elmir Quliyev :
Его товарищ (дьявол) скажет: "Господь наш! Я не сбивал его с пути. Он сам находился в глубоком заблуждении".
Ələddin Sultanov:
Onun yoldaşı (şeytan): “Ey Rəbbimiz! Onu mən azdırmadım. O özü (haqdan) uzaq bir azğınlıq içində idi”, - deyəcəkdir.
Kerbelayi Malik ağa:
Onun yaxını: ‘Rəbbimiz onu mən azdırmadım, lakin o uzaq bir dəlalət içində idi.’ deyər.
Ələsgər Musayev:
Dedi onun yoldaşı: «Rəbbimiz, mən onu azdırmadım lakin o, uzaq zəlalətdə oldu!»
A.Mehdiyev və D.Cəfərli:
Onun yoldaşı (olan şeytan) deyər: «Ey Rəbbim! Onu itatəsizliyə mən vadar etmədim, lakin o özü uzun-uzadı bir azğınlıq içərisində idi. (Mən yalnız dəvət etdim, o da öz xoşu ilə qəbul etdi.)»
Kövsər Tağıyev:
Yoldaşı (olan şeytan) deyər ki: “Ey Rəbbimiz! Onu mən sapdırmadım, lakin özü dərin bir sapqınlıq içində idi”.
M.Qənioğlu və T.Bilaloğlu:
Onun yoldaşı [şeytan] deyər. "Rəbbimiz, onu mən yoldan çıxartmamışam, əksinə o özü (haqdan) çox azmışdı."
Sabirə Dünyamalıyeva:
Onun yaşıdı olan yoldaşı/İblis deyəcək ki: "Rəbbimiz, mən onu azdırmadım. Fəqət özü uzaq bir azğınlıq içindəydi."