Mülk Surəsi 27. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Kafirlər əzabın yaxın olduğunu gördükdə üzləri eybəcər görkəm alacaq (onlara): “Sizin durmadan istədiyiniz (əzab) bax budur!”– deyiləcəkdir.
Bünyadov-Məmmədəliyev:
Kafirlər əzabın yaxınlaşdığını gördükləri zaman üzləri eybəcər kökə düşəcək (qaralacaq) onlara: “Sizin (dünyada) istədiyiniz (və həmişə istehza edib inanmadığınız) əzab budur!” deyiləcəkdir.
Elmir Quliyev :
Когда они увидят его (наказание в День воскресения) вблизи от себя, лица неверующих опечалятся, и тогда им скажут: "Вот то, что вы призывали!"
Ələddin Sultanov:
Onun (əzabın) yaxınlaşdığını gördükləri zaman inkar edənlərin üzləri qaralacaq onlara: “Sizin israrla istədiyiniz (əzab) budur!” - deyiləcəkdir.
Kerbelayi Malik ağa:
Lakin onun (əzabın) yaxın olduğunu gördükləri zaman inkar edənlərin üzləri qaraldı. Onlara: ‘Bu sizin dəvət etdiyiniz (nə vaxtdır deyə soruşduğunuz) əzabdır.’ deyildi.
Ələsgər Musayev:
Amma elə ki, onu yaxında gördülər, üzləri qaralar o kəslərin ki, kafirdirlər deyilər: «Bu, odur ki, siz onu çağırırdınız!»
A.Mehdiyev və D.Cəfərli:
Beləliklə, onu (vəd olunmuş Cəhənnəmi) yaxından görəndə kafirlərin üzləri çirkin eybəcər hala düşər (onlara) deyilər: «Bu sizin (dünyada məsxərə ilə) istədiyiniz şeydir».
Kövsər Tağıyev:
Onu (əzabı) yaxından gördükləri zaman inkar edənlərin üzləri pisləşər onlara: “Bax bu, (istehza edərək) istədiyiniz şeydir”, deyilər.
M.Qənioğlu və T.Bilaloğlu:
Onlar bunu [əzabı] yaxınlarında görəndə kafirlərin üzləri eybəcər şəkilə düşəcək onlara: "Haqqında iddiada olduğunuz (əzab) bax budur!" - deyiləcəkdir.
Sabirə Dünyamalıyeva:
Artıq onlar, onun yaxınlaşdığını gördükləri zaman kafirlərin [Allahın məbud rəbb olduğunu bilə-bilə inkar edən kəslərin üzləri eybəcər hala düşdü. [onlara]: "Bax, bu, durmadan çağırdığınız şeydir!" deyildi.