Nuh Surəsi 27. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Əgər Sən onları (sağ) qoysan, onlar qullarını azdıracaq yalnız günahkar, kafir (övladlar) doğub-törədəcəklər.
Bünyadov-Məmmədəliyev:
Çünki sən onları (sağ) buraxsan, onlar Sənin bəndələrini yoldan çıxardacaq, ancaq pozğun kafir (oğul-uşaq) doğub-törədəcəklər.
Elmir Quliyev :
Если ты оставишь их, они введут в заблуждение Твоих рабов и породят только грешных неверующих.
Ələddin Sultanov:
Əgər onları sağ buraxsan, Sənin qullarını azdıracaq əxlaqsız kafirlər dünyaya gətirəcəklər.
Kerbelayi Malik ağa:
Şübhəsiz ki, əgər Sən onları (yer üzündə) sağ buraxsan, Sənin qullarını dəlalətə düşürərlər əxlaqsız kafir (övlad) doğub-törədəcəklər.
Ələsgər Musayev:
Həqiqətən, Sən əgər onları saxlasan, Sənin bəndələrini azdırıb yoldan çıxardarlar kafir azğın övladdan başqa bir şey zühura gətirməzlər.
A.Mehdiyev və D.Cəfərli:
«Çünki, Sən onları (sağ) buraxsan, onlar Sənin bəndələrini yoldan çıxardacaq, ancaq pozğun kafir doğub-törədəcəklər».
Kövsər Tağıyev:
“Çünki sən onları sağ buraxsan, qullarını sapdırarlar, sadəcə əxlaqsız kafir kimsələr yetişdirərlər”.
M.Qənioğlu və T.Bilaloğlu:
Əgər onları qoysan, onda onlar Sənin bəndələrini yoldan çıxarar ancaq günahkar, kafir (övladlar) törərlər.
Sabirə Dünyamalıyeva:
Şübhəsiz ki, Sən onları saxlasan, onlar Sənin bəndələrini yoldan çıxararlar yalnız din-iman tanımayıb pisliyə batan kafir [Allahın məbud rəbb olduğunu bilə-bilə inkar edən] uşaqlar doğarlar.