Cin Surəsi 27. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
razı qaldığı elçidən başqa. Həqiqətən, O, onların önündə arxasında gözətçilər qoyur ki,
Bünyadov-Məmmədəliyev:
Bəyənib seçdiyi peyğəmbərdən başqa! (Qeybi bir mələk, bir peyğəmbər bilər. Onun açarları ancaq Allahın əlindədir. Lakin Allah istədiyi peyğəmbərə bir möcüzə olaraq vəhy yolu ilə qeybdən bəzi xəbərlər bildirər). Allah onların önündə arxasında (mələklərdən ibarət) gözətçilər qoyar ki,
Elmir Quliyev :
кроме тех посланников, которыми Он доволен и к которым Он приставляет спереди и сзади стражей,
Ələddin Sultanov:
Ancaq razı qaldığı elçi bundan istisnadır. Həqiqətən, onun (elçisinin) önünə arxasına gözətçilər qoyar ki,
Kerbelayi Malik ağa:
Rəsullardan razı olduğu istisna olmaqla (təsərrüf rizasına çatmış rəsullara qeybi bildirir)! O təqdirdə şübhəsiz ki, O (Allah) onların önündən arxasından gözətçilər göndərər ki,
Ələsgər Musayev:
ancaq razı olduğu rəsuldan başqa. Həqiqətən, O göndərər onun qarşısından arxasından müşahidə edənləri,
A.Mehdiyev və D.Cəfərli:
Yalnız seçdiyi rəsuldan (peyğəmbərlərə göndərilən mələkdən insanlara göndərilən peyğəmbərdən) başqa! (Allah onları agah edər.) Allah onun önündən arxasından (mühafizəçi mələklərdən ibarət olan) gözətçilər göndərər ki, (mələklərdən bəşərdən olan rəsulları şeytanların əziyyətlərindən qorusun və)
Kövsər Tağıyev:
Ancaq seçdiyi rəsullar istisnadır. (Onlara bildirər.) Lakin O, Rəsulun önündə arxasında gözətçi (mələk)lər yeridir ki,
M.Qənioğlu və T.Bilaloğlu:
bəyənib seçdiyi peyğəmbər istisna olmaqla. O, peyğəmbərin önündə arxasında gözdə-qulaqda olan gözətçilər [mələklər] qoyur ki,
Sabirə Dünyamalıyeva:
elçilərdən seçib razı olduğu kəslərdən başqa, göstərmədiyi, eşitdirmədiyi, hiss etdirmədiyi, keçmiş, gələcək barədə heç kimi məlumat sahibi etməz.