İnsan Surəsi 27. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Əsl həqiqətdə, bunlar ötəri dünyanı üstün tutaraq (qarşılarındakı) Ağır Günü görməməzliyə vururlar.
Bünyadov-Məmmədəliyev:
Həqiqətən, bunlar (Məkkə müşrikləri) tez keçib gedəni (fani dünyanı) sevər, ağır günə (qiyamət gününə) dal çevirərlər.
Elmir Quliyev :
Воистину, эти любят жизнь ближнюю и оставляют позади себя Тяжкий день.
Ələddin Sultanov:
Həqiqətən, bunlar tez keçib gedəni (dünyanı) sevirlər, ağır bir günü (axirəti) isə ehmal edirlər.
Kerbelayi Malik ağa:
Onlar şübhəsiz ki, tez keçib gedəni (dünya həyatını) sevirlər. Çətin, ağır günə əhəmiyyət vermirlər.
Ələsgər Musayev:
Həqiqətən, bunlar sevirlər tələsik keçəni tərk edirlər özlərindən sonra ağır gün.
A.Mehdiyev və D.Cəfərli:
Şübhəsiz, onlar bu tez keçən dünyanı çox sevər ağır günə (Qiyamət gününə) arxa çevirərlər (unudarlar).
Kövsər Tağıyev:
Bunlar (inanmayanlar) dünyanı sevirlər çətin bir günü isə geriyə atırlar.
M.Qənioğlu və T.Bilaloğlu:
Axı bunlar tez gəlib-keçəni [dünya ləzzətini] sevirlər, öndən gələn ağır bir günə isə, arxa çevirərlər.
Sabirə Dünyamalıyeva:
Sən elçi deyilsən deyənlər, tez gəlib keçən dünyanı sevirlər ağır bir günə arxalarını çevirirlər.