Naziat Surəsi 27. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Sizin yaradılışınız çətindir, yoxsa göyün? O, onu qurdu,
Bünyadov-Məmmədəliyev:
(Ey kafirlər!) Sizi yaratmaq çətindir, yoxsa göyü ki (Allah) onu yaratdı;
Elmir Quliyev :
Вас ли труднее создать или небо? Он воздвиг его,
Ələddin Sultanov:
Sizi yaratmaq daha çətindir, yoxsa göyü?! Allah onu inşa etdi,
Kerbelayi Malik ağa:
Yaradılış baxımından siz yoxsa bina etdiyi səmamı daha çətindir?
Ələsgər Musayev:
Ə, sizin xəlq olunmanız çətindir, yoxsa səmanın? O bina etdi onu.
A.Mehdiyev və D.Cəfərli:
(Ölümdən sonra) sizi yaratmaq daha çətindir, yaxud göy(ü yaratmaq) ki,(Allah) onu yaratdı?
Kövsər Tağıyev:
(Ey inkar edənlər!) Sizi yaratmaq daha çətindir yoxsa göyü yaratmaq? Allah onu bina etmişdir.
M.Qənioğlu və T.Bilaloğlu:
Yaradılışda sizmi çətinsiniz, yoxsa səma? O onu bina edib qurdu,
Sabirə Dünyamalıyeva:
Yaradılış baxımından siz daha çətinsiniz, yoxsa göy?