Əlixan Musayev:
Ey iman gətirənlər! Allaha və Elçisinə xəyanətkarlıq göstərməyin və bilə-bilə aranızdakı əmanətlərə də qəsd etməyin.
Bünyadov-Məmmədəliyev:
Ey iman gətirənlər! Bilə-bilə Allaha, Peyğəmbərə (Onun Peyğəmbərinə) və aranızdakı əmanətlərə xəyanət etməyin! (Allahın əmrlərinə, Peyğəmbərin şəriətinə, dini vəzifələrinizə və borclarınıza sadiq olun!)
Elmir Quliyev
:
О те, которые уверовали! Не предавайте Аллаха и Посланника и не покушайтесь на то, что доверено вам, сознательно.
Ələddin Sultanov:
Ey iman gətirənlər, bilə-bilə Allaha, Peyğəmbərə və öz aranızdakı əmanətlərinizə xəyanət etməyin!
Kerbelayi Malik ağa:
Ey amənu olanlar (Allaha təslim olmağı diləyənlər), Allaha və Rəsuluna xəyanət etməyin! Siz öz əmanətlərinizə də bilə-bilə xəyanət etmiş olarsınız.
Ələsgər Musayev:
Ay o kəslər ki, inanırsınız! Xəyanət etməyin Allaha və Onun rəsuluna və xəyanət etməyin əmanətlərinizə bir surətdə ki, bilirsiniz!
A.Mehdiyev və D.Cəfərli:
Ey iman gətirənlər, (dinin hökmlərinə qarşı çıxmaqla) Allaha və Onun Peyğəmbərinə xəyanət etməyin. Həmçinin (xəyanətin şəriət və vicdan baxımından çirkin bir iş olmasını) bilə-bilə öz əmanətlərinizə (xalqın və yaradanın əmanətlərinə) xəyanət etməyin.
Kövsər Tağıyev:
Ey iman edənlər! Allaha və peyğəmbərinə xəyanət etməyin. Bilə-bilə öz (aranızdakı) əmanətlərinizə də xəyanət etməyin.
M.Qənioğlu və T.Bilaloğlu:
Ey iman gətirənlər! Allaha, peyğəmbərə xəyanət etməyin. (Yoxsa) bilə-bilə öz əmanətlərinizə xəyanət etmiş olursunuz.
Sabirə Dünyamalıyeva:
Ey iman etmiş kəslər! Allaha və Elçiyə xəyanət etməyin. Bilə-bilə öz əmanətlərinizə də xəyanət etməyin.