Bəqərə Surəsi 270. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Xərclədiyinizi hər bir sədəqəni verdiyiniz hər bir nəziri şübhəsiz ki, Allah bilir. Zalımların isə köməkçiləri olmaz.
Bünyadov-Məmmədəliyev:
(Allah yolunda) xərclədiyiniz nəzir etdiyiniz hər hansı şeyi, şübhəsiz ki, Allah bilir, lakin (xəsislik göstərib özlərinə) zülm edənlərin (qiyamət günü) heç bir köməkçisi olmaz!
Elmir Quliyev :
Что бы вы ни потратили, какой бы обет вы ни дали, Аллах знает об этом. Но для беззаконников нет помощников.
Ələddin Sultanov:
(Allah yolunda) infaq etdiyiniz hər hansı bir sədəqəni ya nəziri şübhəsiz ki, Allah bilir. Zülm edənlərin isə (qiyamət günü) heç bir köməkçisi olmayacaqdır.
Kerbelayi Malik ağa:
İnfaq etdiyiniz hər bir sədəqəni ya verdiyiniz hər bir nəziri şübhəsiz ki, Allah bilir. Zalımlar üçün bir yardımçı yoxdur.
Ələsgər Musayev:
ki, infaq etdiniz nəfəqədən ya nəzir etdiniz nəzirdən, həqiqətən, Allah onu bilir yoxdur zalimlər üçün yardımçıdan.
A.Mehdiyev və D.Cəfərli:
Şübhəsiz ki, Allah (haqq yolunda) xərclədiyiniz hər bir malı (Allah yolunda) öhdənizə götürdüyünüz hər bir əhdi bilir (və onu mükafatlandırır). (Ona xilaf çıxmaq zülmdür) zalımlara əsla bir kömək edən olmaz.
Kövsər Tağıyev:
Allah yolunda xərcləsəniz ya nəzir etsəniz, şübhəsiz, Allah onu bilər. Zülm edənlər üçün heç bir yardımçı yoxdur.
M.Qənioğlu və T.Bilaloğlu:
Hansı xərci çəkirsinizsə çəkin ya hansı nəziri verirsinizsə verin, Allah bunu bilir. Zalımların havadarları olmaz.
Sabirə Dünyamalıyeva:
Başqalarının ehtiyacını təmin etmək üçün nəyi xərcləsəniz yaxud nəzir olaraq nəyi nəzir desəniz, şübhəsiz, Allah onu bilir. özlərinə haqsızlıq edən kəslər üçün heç bir köməkçi yoxdur.