Əlixan Musayev:
Sədəqələri aşkarda verir-sinizsə, bu çox gözəl. Əgər onu yoxsullara gizlində versəniz, bu sizin üçün daha yaxşı olar. (Allah) sizin bəzi günahlarınızdan keçər. Allah nə etdiklərinizdən xəbərdardır.
Bünyadov-Məmmədəliyev:
Yoxsullara aşkarda sədəqə verməyiniz yaxşıdır, lakin onu gizlində versəniz daha yaxşı olar. Bu, günahlarınızın bir qismini örtər. Allah tutduğunuz hər bir işdən xəbərdardır!
Elmir Quliyev
:
Если вы раздаете милостыню открыто, то это прекрасно. Но если вы скрываете это и раздаете ее нищим, то это еще лучше для вас. Он простит вам некоторые из ваших прегрешений. Аллах ведает о том, что вы совершаете.
Ələddin Sultanov:
Əgər sədəqələri aşkar şəkildə versəniz, bu da yaxşıdır. Ancaq (sədəqələri) gizlincə kasıblara versəniz, bu sizin üçün daha xeyirlidir və (bu əməliniz) günahlarınızın bir qismini örtər. Allah gördüyünüz işlərdən xəbərdardır.
Kerbelayi Malik ağa:
Əgər sədəqələri aşkar versəniz, o (davranışınız) nə gözəl! Əgər o sədəqələri gizli olaraq kasıblara versəniz, artıq o sizin üçün daha da xeyirlidir. (Beləcə Allah) günahlarınızdan (bir qismini) örtər. Allah etdiklərinizdən xəbərdar olandır.
Ələsgər Musayev:
Əgər sədaqəti aşkar edəsiniz, nemətdir
o. Və əgər onu gizli əta edəsiniz fəqirlərə, sizin üçün xeyirdir
o və örtər sizin pisliklərinizin üstünü və Allah nə ilə ki,
əməldəsiniz, Xəbirdir!
A.Mehdiyev və D.Cəfərli:
Əgər (müstəhəb olan) sədəqələri aşkar etsəniz o, yaxşı bir işdir və əgər onu yoxsullara gizli şəkildə versəniz bu, sizin üçün daha yaxşıdır və (Allah) günahlarınızdan təmizləyər. Allah əməllərinizdən xəbərdardır.
Kövsər Tağıyev:
Sədəqələri aşkara versəniz də gözəl olar. Ancaq onları gizləyərək yoxsullara versəniz, bu sizin üçün daha xeyirlidir və günahlarınızdan bir qisminə də kəffarə olar. Allah etdiklərinizdən haqqı ilə xəbərdardır.
M.Qənioğlu və T.Bilaloğlu:
Əgər siz sədəqələri açıqca verirsinizsə, bu, yaxşıdır. Əgər onu yoxsullara gizlicə versəniz, bu, sizin üçün daha yaxşı olar. Bu, sizin günahlarınızdan (bir qismini) yuyar. Allah sizin nə etdiklərinizdən xəbərdardır.
Sabirə Dünyamalıyeva:
Sədəqələri aşkarda versəniz, yaxşı olar; əgər onları gizlədib yoxsullara versəniz, bu, sizin üçün daha xeyirlidir və günahlarınızın bir qismini örtər. Və Allah, işlədiyiniz əməllərdən xəbərdardır.