Bəqərə Surəsi 273. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
(Sədəqə)Allah yolunda cihad edən yer üzündə hərəkət edə bilməyən yoxsullar üçündür. (Bu adamlar) həya edib dilənmədiklərinə görə tanımayan adam onları varlı hesab edir. Sən onları üzlərindən tanıyırsan. Onlar insanlardan israrla (bir şey) istəməzlər. Şübhəsiz ki, Allah malınızdan sərf etdiyinizi bilir.
Bünyadov-Məmmədəliyev:
(Sədəqə) Allah yolunda canından keçərək (dolanmaq, ruzi kəsb etmək üçün) yer üzündə hərəkət edə bilməyən (və ya buna imkanı olmayan) yoxsullar üçündür. Belə şəxslər həyalı olub dilənçilikdən çəkindiklərinə görə nadanlar onları dövlətli hesab edirlər. (Ya Rəsulum!) Sən isə onları üzlərindən tanıyırsan. Onlar heç kəsdən israrla bir şey istəməzlər. Sizin mallarınızdan (bunlara) verdiyinizi, şübhəsiz ki, Allah bilir!
Elmir Quliyev :
Милостыня полагается беднякам, которые задержаны на пути Аллаха или не могут передвигаться по земле. Неосведомленный считает их богачами по причине их скромности. Ты узнаешь их по приметам: они не выпрашивают у людей милостыню настойчиво. Какое бы добро вы ни израсходовали, Аллах знает об этом.
Ələddin Sultanov:
(Verəcəyiniz sədəqələr,) özünü Allah yoluna həsr edən buna görə yer üzündə (qazanc üçün) hərəkət edə bilməyən yoxsullara məxsusdur. Həyalı olduqlarına görə bilməyənlər onları zəngin hesab edərlər. Onları üzlərindən tanıyarsan. Onlar insanlardan israrla bir şey istəməzlər. İnfaq etdiyiniz hər bir xeyri (sədəqəni) şübhəsiz ki, Allah bilir. (Bu ayədə qeyd olunan yoxsullar, Allah yolunda cihad edənlər elm dalınca gedənlərdir. Bu müqəddəs işləri səbəbilə onların qazanc əldə etmə imkanları yoxdur.)
Kerbelayi Malik ağa:
(İnfaqlarınız sədəqələriniz) özlərini Allah yoluna həsr edən, yer üzündə gəzib dolaşmağa (ticarət edib qazanmağa) gücü çatmayan kasıblar üçündür. Onların vəziyyətini bilməyən onları iffətlərinə (həyalarına) görə zəngin zənn edər. Onları sən üzlərindən tanıyarsan. Zorla insanlardan bir şey istəməzlər. Xeyir olaraq infaq etsəniz (versəniz), o təqdirdə şübhəsiz ki, Allah onu ən yaxşı biləndir.
Ələsgər Musayev:
O fəqirlər üçündür o kəslər ki, Allah yolunda işdən qalıblar ərzdə hərəkət edə bilmirlər. İffətli olduqları üçün cahillər onları ehtiyacsız hesab edərlər. Sən onları simalarından tanıyırsan. Sual etməzlər insanlardan israrla bir şey. ki, infaq edəsiniz xeyirdən, həqiqətən, Allah onun ilə Alimdir!
A.Mehdiyev və D.Cəfərli:
(Sədəqələr) Allah yolunda (cihad, mallarının qarət olunması, uzunmüddətli xəstəlik ya elm öyrənmək kimi məsələlərə) düçar olub (yaşayışlarını təmin etmək üçün) yer üzündə heç cür səfər edə bilməyən yoxsullar üçündür. Nadan onları çox iffətli (həyalı) olduqları üçün imkanlı hesab edər. Onları üzlərindən tanıyarsan, insanlardan israrla bir şey istəməzlər. Allah şübhəsiz ki, maldan xərclədiyiniz hər bir şeyi biləndir.
Kövsər Tağıyev:
(Sədəqələr) özlərini Allah yoluna həsr edən, yer üzündə gəzib dolaşa bilməyən yoxsullar üçündür. Həyalarından ötrü (dilənmədikləri üçün) bilməyən onları varlıhesab edər. Sən onları üzlərindən tanıyarsan. İnsanlardan arsızca (bir şey) istəməzlər. Siz xeyir olaraq versəniz, şübhəsiz, Allah onu bilər.
M.Qənioğlu və T.Bilaloğlu:
(Sədəqəni) öz canlarını Allah yolunda qoymuş yer üzündə bir şey əldə edə bilməyən yoxsullara (verin). Onlar gözütox olduqlarına görə cahil adam onları varlı hesab edir. Sən onları üzlərindən tanıyırsan; onlar adamlardan israrla (bir şey) istəməzlər. Sərf etdiyiniz mal-dövlətdən şübhəsiz Allahın xəbəri vardır.
Sabirə Dünyamalıyeva:
Allah yolunda xərcləmək, yer üzündə gəzib-dolanmağa gücü çatmayan, özlərini Allah yoluna həsr edən yoxsullar üçün olsun. Utancaq olduqlarından, bilməyənlər, onları zəngin sanır. -Sən onları nişanələrindən tanıyarsan.- Arsızlıq edərək insanlardan istəməzlər. siz, xeyirdən nəyi xərcləsəniz, bilin ki, həqiqətən Allah onu çox yaxşı biləndir.