Əlixan Musayev:
Allah sələmi puç edir, sədəqələri isə artırır. Allah kafirləri və günahkarları sevməz.
Bünyadov-Məmmədəliyev:
Allah sələmi (sələmlə qazanılan malın bərəkətini) məhv edər, sədəqələri (sədəqəsi verilmiş malın bərəkətini) isə artırar. Allah kafiri, günahkarı sevməz!
Elmir Quliyev
:
Аллах уничтожает лихву и приумножает пожертвования. Аллах не любит всяких неблагодарных (или неверующих) грешников.
Ələddin Sultanov:
Allah faizi (faizli qazancın bərəkətini) yox edər, sədəqələri (sədəqəsi verilən malın bərəkətini) isə artırar. Allah heç bir günahkar nankoru sevməz!
Kerbelayi Malik ağa:
Allah sələmi azaldar (onun bərəkətini aradan qaldırar) və sədəqəni artırar (onu bərəkətləndirər). Allah günahkar kafirlərin heç birini sevməz.
Ələsgər Musayev:
Məhv edər Allah ribanı və artırar
sədaqəti və Allah sevməz külli kafir, günahkarı!
A.Mehdiyev və D.Cəfərli:
Allah sələmi məhv edir (sələmlə qazanılmış malın bərəkətini aradan aparır) və sədəqələri(n bərəkətini) artırır. Allah heç bir günahkar nankoru sevmir.
Kövsər Tağıyev:
Allah faizi məhv edər, sədəqələri isə artırar (bərəkətləndirər). Allah heç bir günahkar nankoru sevməz.
M.Qənioğlu və T.Bilaloğlu:
Allah sələmin (mənfəətini) puça çıxarır və sədəqələrin (savabını) artırır. Allah heç bir kafiri, günahkarı sevməz.
Sabirə Dünyamalıyeva:
Allah, sələmi məhv edər, sədəqələri artırar. Allah, həddindən artıq nankor və günahkar heç bir kəsi sevməz.