Əlixan Musayev:
Bunu etməsəniz, Allahın və Onun Elçisinin sizə müharibə elan etdiyini bilin. Yox, əgər tövbə etsəniz, sərmayəniz sizindir. Nə siz zülm edərsiniz, nə də sizə zülm olunar.
Bünyadov-Məmmədəliyev:
Əgər belə etməsəniz, o zaman Allaha və Onun peyğəmbərinə qarşı müharibəyə girişdiyinizi bilin! Yox, əgər tövbə etsəniz, sərmayəniz (mayanız) sizindir. Beləliklə, nə siz zülm edərsiniz, nə də sizə zülm olunar!
Elmir Quliyev
:
Но если вы не сделаете этого, то знайте, что Аллах и Его Посланник объявляют вам войну. А если вы раскаетесь, то вам останется ваш первоначальный капитал. Вы не поступите несправедливо, и с вами не поступят несправедливо.
Ələddin Sultanov:
Əgər (belə) etməsəniz, bilin ki, Allah və Peyğəmbəri tərəfindən sizə qarşı müharibə elan edilmişdir. Əgər tövbə etsəniz, sərmayəniz (mayanız) sizindir. Siz nə haqsızlıq etmiş, nə də haqsızlığa məruz qalmış olarsınız.
Kerbelayi Malik ağa:
Bundan sonra əgər (bunu) etməsəniz, o zaman Allah və Onun Rəsulu tərəfindən savaşa məruz qalacağınızı bilin (savaşa hazır olun). Əgər tövbə etsəniz, o təqdirdə sərmayəniz sizindir. Zülm etməzsiniz və zülm olunmazsınız.
Ələsgər Musayev:
Əgər fəaliyyət etməsəniz, dəvət olunarsınız
hərb ilə Allahdan və rəsulundan Onun! Və əgər qayıdasınız,
sizin üçündür öz malınız! Zülm etməyin və zülm olunmazsınız!
A.Mehdiyev və D.Cəfərli:
Və əgər belə etməsəniz (və sələmçiliyi davam etdirsəniz), onda Allah və Onun peyğəmbəri tərəfindən olan müharibəyə yəqin edin (yəqin bilin ki, belə bir müharibə sizə üz tutacaqdır, haqq hökümət və ya partlayış həddinə çatmış cəmiyyət onu sizdən geri alacaqdır). Tövbə etsəniz isə, sərmayələriniz özünüzündür (aldığınız faizi geri qaytarın ki, belə olan surətdə) nə zülm edərsiniz, nə də zülmə məruz qalarsınız.
Kövsər Tağıyev:
Əgər belə etməsəniz, Allah və Rəsulu ilə savaşa girdiyinizi bilin. Əgər tövbə etsəniz, sərmayəniz sizindir. Beləliklə, nə siz başqalarına haqsızlıq etmiş olarsınız, nə də başqaları sizə haqsızlıq etmiş olar.
M.Qənioğlu və T.Bilaloğlu:
Əgər siz bunu etməsəniz, onda Allah və Onun peyğəmbərindən (sizə qarşı) müharibə xəbərin alın. Tövbə etsəniz isə malınızın sərmayə yenə özünüzündür. Nə zülm edər, nə də zülm edilən olarsınız.
Sabirə Dünyamalıyeva:
Əgər belə etməsəniz, o zaman Allah və Elçisindən sizə müharibə olduğunu/darmadağın ediləcəyinizi; pərişan ediləcəyinizi bilin. Əgər tövbə etsəniz, sərmayəniz sizindir. Haqsızlıq etməsəniz, haqsızlığa məruz da qalmazsınız.