Əlixan Musayev:
O gün onların hamısını (bir yerə) toplayacaq, sonra da müşriklərə: “Siz də, şərikləriniz də yerinizdə qalın!”– deyəcəyik. Biz onları ayıracağıq. Onların şərikləri deyəcəklər: “Siz bizə ibadət etmirdiniz.
Bünyadov-Məmmədəliyev:
O gün onların hamısını (haqq-hesab çəkmək üçün bir yerə) yığacaq, sonra müşrikləri: “Siz də, Allaha qoşduğunuz şərikləriniz (bütləriniz) də yerinizdə durun!” – deyəcək və onları (bir-birindən, yaxud başqalarından) ayıracağıq. Şərikləri (bütlər) dilə gəlib deyəcəklər: “Siz bizə ibadət etmirdiniz”.
Elmir Quliyev
:
В тот день Мы соберем их вместе, а потом скажем многобожникам: "Оставайтесь на своих местах вместе со своими сотоварищами". Потом Мы разделим их, и сотоварищи скажут им: "Вы вовсе не поклонялись нам.
Ələddin Sultanov:
O gün onların hamısını bir yerə toplayacağıq, sonra da müşriklərə: “Siz və qoşduğunuz şəriklər, öz yerinizə (keçin)!” - deyəcəyik. Beləcə onları (möminlərdən) ayıracağıq. Qoşduqları şəriklər isə belə deyəcəklər: “Siz bizə ibadət etmirdiniz.
Kerbelayi Malik ağa:
O gün onların hamısını toplayacağıq. Sonra şirk qoşanlara belə deyəcəyik: ‘Siz və şirk qoşduqlarınız yerinizdə qalın!’ Beləcə onları ayırdıq. Onların ortaq qoşduqları: ‘Siz sadəcə bizə ibadət (qulluq) etmirdiniz.’ dedilər.
Ələsgər Musayev:
O gün ki, Biz onları
cəmiyyən toplayarıq, sonra müşriklərə deyərik: «Siz və
şərikləriniz öz yerinizdə durun!» Sonradan onların arasına
ayrılıq salarıq və şərikləri deyərlər: «Siz təkcə bizə ibadət
etmirdiniz.
A.Mehdiyev və D.Cəfərli:
Və (yada salın) o gün(ü) ki, onların hamısını (Qiyamət meydanında) bir yerə toplayacaq, sonra (Allaha) şərik qoşanlara «siz və şərikləriniz (büt ya qeyri-büt olmasından asılı olmayaraq, hər biriniz sorğu-sual və mühakimə olunmaq üçün) öz yerinizdə durun» deyəcəyik. Beləliklə (həmin gün həqiqətləri aşkar etməklə) onların bir-birləri ilə əlaqələrini kəsərik və (buna görə də) onların şərikləri deyərlər: «Siz (dünyada əslində) bizə ibadət etmirdiniz (öz nəfsi istəklərinizə ibadət edirdiniz)».
Kövsər Tağıyev:
Onların hamısını bir yerə toplayacağımız, sonra da Allaha şərik qoşanlara: “Siz də, şərikləriniz də yerinizdə gözləyin”, – deyəcəyimiz günü düşün. Onların (qoşduqları şəriklərlə) aralarını tamamilə ayırarıq və qoşduqları şərikləri deyərlər ki: “Siz bizə ibadət etmirdiniz”.
M.Qənioğlu və T.Bilaloğlu:
O günü Biz onların hamısını toplayacağıq, sonra isə (Allaha) şərik tutanlara deyəcəyik: “Siz və qoşduğunuz şəriklər öz yerinizi tutun!" Onları bir-birindən ayıracağıq. Qoşduqları şəriklər deyəcəklər “Siz bizə ibadət etmirdiniz.
Sabirə Dünyamalıyeva:
Və hamısını bir yerə yığdığımız, sonra da o şərik qoşanlar üçün "Yerlərinizə keçin! Siz və şərikləriniz!" dediyimiz gün, artıq həqiqətən onları bir-birindən xeyli uzaqlaşdıracağıq və onların şərikləri: "Siz yalnız bizə ibadət etmirdiniz ki!