Yusif Surəsi 28. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
(Qadının əri) onun köynəyinin arxadan cırıldığını gördükdə dedi: “Şübhəsiz ki, bu sizin (qadın) hiylələrinizdəndir. Həqiqətən də, sizin hiyləniz böyükdür.
Bünyadov-Məmmədəliyev:
(Qadının əri Yusifin) köynəyinin arxadan cırıldığını gördükdə dedi: “Bu sizin (siz qadınların) məkrlərinizdəndir. Doğrudan da, sizin məkriniz böyükdür!”
Elmir Quliyev :
Увидев, что его рубаха разорвана со спины, он сказал: "Воистину, все это ваши женские козни. Воистину, ваши козни велики!
Ələddin Sultanov:
(Züleyxanın əri) Yusifin köynəyinin arxadan cırıldığını gördüyü zaman (Züleyxaya) dedi: “Şübhəsiz ki, bu siz qadınların hiylələrindəndir. Həqiqətən, sizin hiyləniz böyükdür!
Kerbelayi Malik ağa:
Beləcə onun köynəyinin arxadan cırılmış olduğunu gördüyü zaman (qadının əri) belə dedi: ‘Şübhəsiz ki, o, sizin hiylənizdir. Sizin hiyləniz həqiqətən böyükdür.’
Ələsgər Musayev:
Amma elə ki, gördü paltarı arxadan cırılıb, dedi: «Həqiqətən, o sizin fəndinizdəndir. Həqiqətən, sizin fəndiniz böyükdür.
A.Mehdiyev və D.Cəfərli:
Beləliklə, (ağası) onun köynəyinin arxadan cırıldığını görəndə dedi: «Bu, siz qadınların məkr hiyləsindəndir. Doğrudan da sizin (kişilərin ürəklərini cəlb etmək üçün) hiyləniz böyükdür.»
Kövsər Tağıyev:
Qadının əri Yusufun köynəyinin arxadan cırıldığını gördükdə dedi: “Şübhəsiz, bu, siz qadınların hiyləsidir. Şübhəsiz, sizin hiyləniz çox böyükdür”.
M.Qənioğlu və T.Bilaloğlu:
(Kişi) onun köynəyinin arxadan cırıldığını gördükdə dedi: "Bu sizin [qadınların] məkrinizdir. Həqiqətən, sizin məkriniz böyük olur!
Sabirə Dünyamalıyeva:
zaman ki, Yusifin ağası, Yusifin köynəyinin arxadan cırıldığını gördü, "Şübhəsiz ki, bu, siz qadınların hiyləsidir. Həqiqətən sizin hiyləniz çox böyükdür. Yusif! Sən bu [hadisəni] yaddan çıxar.