Rəd Surəsi 28. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Bunlar, iman gətirənlər qəlbləri Allahı zikr etməklə rahatlıq tapanlardır. Bilin ki, qəlblər ancaq Allahı zikr etməklə rahatlıq tapır.
Bünyadov-Məmmədəliyev:
O kəslər ki, Allaha iman gətirmiş qəlbləri Allahı zikr etməklə aram tapmışdır. Bilin ki, qəlblər (möminlərin ürəkləri) yalnız Allahı zikr etməklə aram tapar!
Elmir Quliyev :
Они уверовали, и их сердца находят успокоение в поминании Аллаха. Поистине, только в поминании Аллаха находят успокоение сердца.
Ələddin Sultanov:
Onlar iman gətirən Allahı zikr etməklə qəlbləri rahatlıq tapan kimsələrdir. Bilin ki, qəlblər (ancaq) Allahı zikr etməklə rahatlıq tapar.
Kerbelayi Malik ağa:
Onlar amənudurlar qəlbləri Allahı zikr etməklə rahat olmuşdur. Qəlblər ancaq Allahı zikr etməklə rahat olar, elə deyilmi?
Ələsgər Musayev:
O kəslər ki, inanırlar qəlbləri Allahın yad etməklə əminlik tapır. Ə, məgər yoxmu? Allahın yad etməklə qəlblər əminlik tapar!
A.Mehdiyev və D.Cəfərli:
O kəsləri ki, iman gətiriblər qəlbləri Allahı yada salmaqla rahatlıq tapır. Bilin! Qəlblər yalnız Allahı yada salmaqla rahatlıq tapır.»
Kövsər Tağıyev:
Onlar iman edənlər qəlbləri yalnız Allahın zikri ilə hüzur tapanlardır. Bilin ki, qəlblər yalnız Allahın zikri ilə hüzur tapar.
M.Qənioğlu və T.Bilaloğlu:
O kəsləri ki, onlar iman gətiriblər ürəkləri Allahı zikr etməklə rahatlıq tapır. Bilin ki, ürəklər Allahı zikr etməklə rahatlıq tapar.
Sabirə Dünyamalıyeva:
inanan qəlbləri, Allahı zikr etməklə zehnindəki bütün sual işarələrini aradan qaldırıb aram tapan kəsləri Özünə yönəldər.