Hicr Surəsi 28. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Bir zaman Rəbbin mələklərə dedi: “Mən başqa şəklə düşmüş qara palçıqdan, (toxunduqda saxsı kimi) səs çıxaran quru gildən insan yaradacağam!
Bünyadov-Məmmədəliyev:
(Ya Rəsulum!) Xatırla ki, bir zaman Rəbbin mələklərə belə demişdi: “Mən quru qoxumuş (dəyişib başqa şəklə düşmüş) qara palçıqdan insan yaradacağam!
Elmir Quliyev :
Вот твой Господь сказал ангелам: "Воистину, я сотворю человека из сухой звонкой глины, полученной из видоизмененной грязи.
Ələddin Sultanov:
Bir zaman Rəbbin mələklərə demişdi: “Mən uzun müddət qalan (rəngi qoxusu dəyişmiş) quru palçıqdan bir bəşər yaradacağam.
Kerbelayi Malik ağa:
Rəbbin mələklərə belə demişdi: ‘Mən mütləq, ‘hamein məsnun olan salsalin’dən (torpaqdan, palçıqdan) bir bəşər (insan) yaradacam.’
Ələsgər Musayev:
Onda Rəbbin mələklərə dedi: «Mən bəşər xəlq edəcəmyəm gildən, səslənən saxsı qab kimi!
A.Mehdiyev və D.Cəfərli:
(yada sal) o zaman(ı) ki, Rəbbin mələklərə dedi: «Şübhəsiz, Mən qoxumuş palçıqdan alınmış quru gildən bəşər yaradacağam».
Kövsər Tağıyev:
Bir vaxt Rəbbin mələklərə: “Mən quru şəkil verilmiş bir palçıqdan bir insan yaradacağam.
M.Qənioğlu və T.Bilaloğlu:
O zaman sənin Rəbbin mələklərə dedi: "Mən qurumuş palçıqdan, gildən insan yaradacağam.
Sabirə Dünyamalıyeva:
bir zamanlar Rəbbin kainatdakı güclərə, "Mən, quru palçıqdan, forma verilmiş/forma verilə bilən bir palçıqdan bir bəşər əmələ gətirəcəyəm.