Əlixan Musayev:
Mələklər özlərinə zülm edən kimsələrin canlarını aldıqları zaman onlar boyun əyib: “Biz heç bir pislik etmirdik!”(– deyəcəklər) (Onlara deyiləcək): “Xeyr! Şübhəsiz ki, Allah sizin nələr etdiyinizi bilir.
Bünyadov-Məmmədəliyev:
Mələklər (küfr etməklə, Allaha şərik qoşmaqla) özlərinə zülm edənlərin canlarını aldıqda onlar (ölüm qorxusundan Allahın əmrinə) təslim olub: “Biz heç bir pislik etmirdik!” – deyəcək (mələklər də onlara belə cavab verəcəklər): “Xeyr, (elə deyildir) Allah sizin nələr etdiyinizi çox yaxşı bilir!
Elmir Quliyev
:
Те, кого ангелы умертвили, когда они грешили во вред себе, изъявят покорность и скажут: "Мы не совершили никакого зла". Им ответят: "О нет! Воистину, Аллаху известно о том, что вы совершали.
Ələddin Sultanov:
Öz-özlərinə zülm edərkən canlarını mələklərin aldıqları kimsələr: “Biz heç bir pis iş görmürdük”, - deyərək təslim olarlar. Xeyr! Həqiqətən, Allah sizin nələr etdiyinizi çox yaxşı bilir.
Kerbelayi Malik ağa:
Mələklər nəfslərinə zülm edənləri vəfat etdirəcəkləri zaman onlar təslim olarkən: ‘Biz bir pislik etmədik.’ dedilər. Xeyr, şübhəsiz ki, Allah etmiş olduğunuz pis əməlləri ən yaxşı biləndir.
Ələsgər Musayev:
O kəslər ki, mələklər onların canlarını alırlar, hansı ki,
özlərinə zülm etmişdilər, onlar təslim olarlar: «Biz olmadıq
pis əməl edənlər!» Bəli! Həqiqətən, Allah Alimdir nə ilə ki,
oldunuz əməllilər!
A.Mehdiyev və D.Cəfərli:
Mələklər özlərinə zülm etmiş kəslərin canlarını alan zaman, onlar təslim və itaətkar olar (və) «biz heç bir pis iş görmürdük» (deyərlər). «Xeyr (pis iş görürdünüz)! (Çünki) şübhəsiz Allah etdiklərinizi biləndir».
Kövsər Tağıyev:
O kafirlər nəfslərinə zülm edərkən mələklər onların canlarını alar, onlar da təslim olub: “Biz heç bir pislik etmirdik”, – deyərlər. (Mələklər isə belə deyəcəklər:) “Xeyr! Allah sizin etdiklərinizi haqqı ilə bilir”.
M.Qənioğlu və T.Bilaloğlu:
Kafirlər öz-özlərinə zülm etməkdə ikən mələklər onların canını alacaq və onlar da təslim olaraq: "Biz heç bir pis iş tutmamışdıq" - (deyəcəklər). (Onlara deyiləcək): "Xeyr, şübhəsiz ki, Allah sizin nələr etdiyinizi bilir.
Sabirə Dünyamalıyeva:
Allahın məbud və rəbb olduğunu bilə-bilə inkar edən [və bununla] özlərinə haqsızlıq edən o kəslərə, mələklər, keçmişdə etdiklərini və etmələri lazım gəldiyi halda etmədiklərini bir-bir xatırladacaqlar. Artıq, tabeçilik göstərərək: "Biz, heç bir pislik etmirdik" [deyərlər]. Əksinə, şübhəsiz Allah, sizin etdiklərinizi çox yaxşı biləndir.