Əlixan Musayev:
Allahı necə inkar edirsiniz ki, siz ölü idiniz, O sizi diriltdi. Sonra O sizi öldürəcək və yenə dirildəcək, daha sonra isə siz Ona qaytarılacaqsınız.
Bünyadov-Məmmədəliyev:
Allahı necə inkar edirsiniz ki, siz ölü idiniz, O sizi diriltdi. O sizi (əcəliniz gəldikcə) yenə öldürəcək, sonra (qiyamətdə) yenə də dirildəcək və daha sonra siz (əməllərinizin haqq-hesabı çəkilmək üçün) Ona tərəf (Onun hüzuruna) qaytarılacaqsınız.
Elmir Quliyev
:
Как вы можете не веровать в Аллаха, тогда как вы были мертвы, и Он оживил вас? Потом Он умертвит вас, потом оживит, а потом вы будете возвращены к Нему.
Ələddin Sultanov:
Siz ölü ikən sizi dirildən (yoxdan yaradan) Allahı necə inkar edirsiniz? O sizi yenə öldürəcək, sonra yenə dirildəcək, sonra da Onun hüzuruna qaytarılacaqsınız. (Bu ayədə insanın dünyaya gəlməsindən əvvəlki halı ölümlə ifadə edilmişdir. Burada insan həyatının üç mərhələsi göstərilmişdir; yoxdan yaratmaq, ölüm və axirətdə təkrar diriltmək.)
Kerbelayi Malik ağa:
Allahı necə inkar edirsiniz? Siz ölü idiniz. Sonra sizi (qiyamət günü) diriltdi. Sonra sizi (sura ikinci dəfə üfürüldüyündə) öldürəcək. Sonra sizi (sura üçüncü dəfə üfürüldüyündə) dirildəcək. Sonra (İndi İlahiyə) Ona qaytarılacaqsınız.
Ələsgər Musayev:
Necə kafir olursunuz Allah
ilə? Və oldunuz siz ölü və O həyat verdi sizə, sonra öldürər sizi,
sonra həyat verər sizə, sonra Ona tərəf müraciət edərsiniz?
A.Mehdiyev və D.Cəfərli:
Allaha necə kafir olursunuz, halbuki siz ölü idiniz (bədəninizi təşkil edən ilk maddələr bir-birinə birləşməmişdən və ruh üfürülməmişdən qabaq cansız hissələr idi), O, sizi diriltdi, sonra sizi öldürəcək və yenidən dirildəcək. Daha sonra isə Ona tərəf qaytarılacaqsınız.
Kövsər Tağıyev:
Siz cansız (hələ yox) ikən sizi dirildən (dünyaya gətirən) Allahı necə inkar edirsiniz? Sonra sizi öldürəcək, sonra yenə dirildəcəkdir. Ən sonda Ona qaytarılacaqsınız.
M.Qənioğlu və T.Bilaloğlu:
Axı necə olur ki, siz Allaha qarşı küfr edirsiniz ? Siz ki, cansız olduğunz halda O, sizə həyat verdi. Sonra sizi öldürüb yenə də dirildəcək və sonra isə siz Ona qaytarılacaqsınız.
Sabirə Dünyamalıyeva:
Necə olur ki, siz küfr işləyirsiniz, Allahın məbud və rəbb olduğunu bilə-bilə necə inkar edərsiniz? Halbuki siz, ölü idiniz və sizlərə O, həyat verdi. Sonra O, sizi öldürəcək, sonra dirildəcək. Sonra da Ona qaytarılacaqsınız.