Əlixan Musayev:
(Allah) onların keçmişini və gələcəyini bilir. Onlar yalnız Onun razı qaldığı şəxslərdən ötrü şəfaət diləyir və Onun qorxusundan tir-tir əsirlər.
Bünyadov-Məmmədəliyev:
(Allah) onların öndəkilərini də, arxalarındakını da (nə etdiklərini və nə edəcəklərini) bilir. Onlar yalnız (Allahın) razı olduğu (izin verdiyi) kəslərdən ötrü şəfaət edə bilər və Onun heybətindən qorxarlar.
Elmir Quliyev
:
Он ведает их прошлое и будущее. Они заступаются только за тех, кем Он доволен, а сами трепещут от страха перед Ним.
Ələddin Sultanov:
Allah onların etdiklərini də, edəcəklərini də bilir. Onlar Allahın razı qaldığı kimsələrdən başqasına şəfaət etməzlər. Onlar Allah qorxusundan titrəyərlər.
Kerbelayi Malik ağa:
Onların önündə və arxasında olan şeyləri (mühafız mələkləri) bilir. Onlar (Allahın) razılığını qazanmış olanlardan başqasına şəfaət etməzlər. Onlar Onun (Allahın) heybətindən qorxanlardır.
Ələsgər Musayev:
Bilir nə ki, arasında
önlərinin və nə ki, arxalarının. Şəfa etməzlər o kəsdən başqası
üçün ki, O razıdır və onlar çəkinərək Ondan titrəyərlər.
A.Mehdiyev və D.Cəfərli:
Allah onların keçmişlərindən (yaradılışlarının əvvəlindən etdikləri bütün əməllərdən) və gələcəklərindən (əbədiyyətə kimi edəcəklərindən) xəbərdardır. Onlar Allahın (əqidəsini) bəyəndiyi kəsdən başqa heç kəs üçün şəfaət etməzlər və onlar (həmişə) Allah qorxusundan xofdadırlar.
Kövsər Tağıyev:
Allah onların önlərindəkini də, arxalarındakını da (etdiklərini və edəcəklərini) bilir. Onlar onun razı olduğu kəsdən başqasına şəfaət etməzlər və hamısı onun qorxusu ilə titrəyərlər.
M.Qənioğlu və T.Bilaloğlu:
O, onların nə etdiklərini və nə edəcəklərini bilir. Onlar ancaq Onun razı qaldığı kəsi himayə edərlər və Onun qorxusundan əsərlər.
Sabirə Dünyamalıyeva:
O, Rəhmanın övladları saydıqları şeylərin önlərində olanı və arxalarında olanı bilir. Və onlar, Onun razı olduğu kəslərdən başqasına yardım etməzlər/dəstək olmazlar. Bununla birgə onlar, Ona duyduqları dərin hörmət və məhəbbətdən ötrü, ondan uzaqlaşmaq qorxusuyla tir-tir əsərlər.