Əlixan Musayev:
Əgər orada heç kəsi tapmasanız, sizə izn verilməyincə oraya girməyin. Sizə: “Qayıdın!”– deyilsə, qayıdın. Bu, sizin üçün daha təmizdir. Allah nə etdiklərinizi bilir.
Bünyadov-Məmmədəliyev:
Əgər orada heç kəsi tapmasanız, sizə icazə verilməyənədək içəri girməyin. Sizə “Geri dönün!” – deyilsə, geri dönün. Bu, Allahın yanında sizin üçün daha təmiz bir davranışdır. Allah nə etdiklərinizi biləndir!
Elmir Quliyev
:
Если же вы никого не найдете в них, то не входите, пока вам не позволят. Если же вам скажут: "Уйдите!" — то уходите. Поступить так для вас будет целомудреннее. Воистину, Аллаху ведомо о том, что вы совершаете.
Ələddin Sultanov:
Əgər orada heç kimi tapa bilməsəniz, sizə icazə verilənə qədər ora daxil olmayın! Əgər sizə: “Geri qayıdın!” – deyilərsə, siz də geri qayıdın! Bu sizin üçün daha təmiz bir davranışdır. Allah sizin etdiklərinizi bilir.
Kerbelayi Malik ağa:
Əgər orada kimsəni tapa bilməzsəniz, sizə izn verilənə qədər oraya girməyin. Əgər sizə ‘geri dönün’ deyilirsə o təqdirdə geri dönün. O, sizin üçün daha təmizdir (uyğundur). Allah etdiyiniz şeyləri ən yaxşı biləndir.
Ələsgər Musayev:
Əgər orada bir kəsi tapmadınız, onda ora daxil olmayın, ta sizə izn verilə. Və əgər deyilər sizə: «Qayıdın!», - onda qayıdın. Bu, sizin üçün paklıqdır. Allah Alimdir nə ilə ki, əməldəsiniz.
A.Mehdiyev və D.Cəfərli:
Əgər onda bir kəsi tapmasanız, (sahibi tərəfindən) sizə icazə verilməyincə ora daxil olmayın. Əgər «qayıdın» deyilsə, qayıdın. O, sizin üçün daha pakdır. Allah, etdiklərinizi bilir.
Kövsər Tağıyev:
Əgər evdə heç kəsi tapmasanız, sizə icazə verilənə qədər oraya girməyin. Əgər sizə “Geri dönün” deyilsə, dərhal dönüb gedin. Çünki bu, sizin üçün daha təmiz bir davranışdır. Allah etdiklərinizi haqqı ilə biləndir.
M.Qənioğlu və T.Bilaloğlu:
Əgər oralarda heç kəsi tapmasanız, onda sizə izn verilməyincə oralara daxil olmayın. Əgər sizə: "Qayıdın!" - desələr, onda qayıdın. Bu, sizin üçün daha təmiz (bir işdir). Axı Allah sizin nə etdiklərinizi bilir.
Sabirə Dünyamalıyeva:
Sonra da orada heç kəsi tapmasanız, sizə icazə verilməyənədək içəri girməyin. Və əgər sizə, "Geri qayıdın!" deyilsə, dərhal qayıdın; bu, sizin üçün daha təmiz [bir davranışdır]. Və Allah, işlədiyiniz əməlləri ən yaxşı biləndir.