Əlixan Musayev:
Ey Peyğəmbər! Zövcələrinə de: “Əgər siz dünya həyatını və onun bərbəzəyini istəyirsinizsə, gəlin sizi (dünya malıyla) məmnun edib gözəl tərzdə sərbəst buraxım.
Bünyadov-Məmmədəliyev:
Ya Peyğəmbər! (Artıq xərclik və pal-paltar istəyən) zövcələrinə belə de: “Əgər siz dünya həyatını və onun dəbdəbəsini istəyirsinizsə, gəlin sizə talaq haqqınızı verim və (sonra da) gözəl bir tərzdə (Allahın buyurduğu qayda üzrə) boşayım!
Elmir Quliyev
:
О Пророк! Скажи своим женам: "Если вы желаете мирской жизни и ее украшений, то придите, и я наделю вас благами и отпущу красиво.
Ələddin Sultanov:
Ey Peyğəmbər! Zövcələrinə de: “Əgər dünya həyatını və onun bər-bəzəyini (rifahını) istəyirsinizsə, gəlin sizə boşanma haqqınızı verim və gözəl bir şəkildə sizi boşayım.
Kerbelayi Malik ağa:
Ey Nəbi (Peyğəmbər)! Zövcələrinə de ki: ‘Əgər dünya həyatını və onun zinətini istəyirsinizsə, o zaman gəlin sizi mətalandırım (mehrinizi verim). Sizi gözəl bir tərzdə boşayım.’
Ələsgər Musayev:
Ay nəbi! Zövcələrinə de: «Əgər siz dünya həyatını
və onun zinətini istəyirsinizsə, onda gəlin sizi münasib mətahla
və gözəl tərzdə sərbəst buraxım!
A.Mehdiyev və D.Cəfərli:
Ya Peyğəmbər, zövcələrinə de: «Əgər siz dünya həyatını və onun bər – bəzəyini istəyirsinizsə (və Peyğəmbərin evinin mövcud vəziyyətindən narazısınızsa), onda gəlin sizi (mehriyyələrinizi, yaxud ondan artığını verməklə) bəhrələndirim və gözəl bir tərzdə (təlaq verməklə) azad edim».
Kövsər Tağıyev:
Ey Peyğəmbər! Xanımlarına de ki: “Əgər dünya həyatını və onun bəzəyini istəyirsinizsə, gəlin sizə mütə verim və sizi gözəl bir şəkildə buraxım”.
M.Qənioğlu və T.Bilaloğlu:
Ey peyğəmbər, öz zövcələrinə de: “Əgər siz bu dünyanı və onun bərbəzəyini istəyirsinizsə, onda gəlin, sizə talaq haqlarınızı verib gözəl bir tərzdə sizi azad buraxım.
Sabirə Dünyamalıyeva:
Ey Peyğəmbər! Zövcələrinə de: "Əgər siz bəsit dünya həyatını və onun bəzəkli cazibəsini istəyirsinizsə, gəlin sizə talaq haqqınızı verim və gözəl bir tərzdə sizi boşayım.