Əlixan Musayev:
Biz səni bütün insanlara müjdə verən və xəbərdarlıq edən (bir peyğəmbər) kimi göndərdik. Lakin insanların çoxu (bunu) bilmir.
Bünyadov-Məmmədəliyev:
(Ya Rəsulum!) Biz səni (təkcə öz qövmünə deyil) bütün insanlara (möminlərə Cənnətlə) müjdə verən, (kafirləri isə Cəhənnəm əzabı ilə) qorxudan bir peyğəmbər olaraq göndərdik. Lakin insanların (Məkkə müşriklərinin) əksəriyyəti (bunu) bilməz!
Elmir Quliyev
:
Мы отправили тебя ко всем людям добрым вестником и предостерегающим увещевателем, но большинство людей не знает этого.
Ələddin Sultanov:
Biz səni bütün insanlara yalnız müjdəçi və xəbərdar edən bir peyğəmbər olaraq göndərdik. Lakin insanların çoxu bunu bilmir.
Kerbelayi Malik ağa:
Biz səni ancaq (kainatdakı) insanların hamısı üçün müjdələyici və nəzir (xəbərdaredici) olaraq göndərdik. Lakin insanların çoxu bilməzlər.
Ələsgər Musayev:
Biz göndərdik səni ancaq bütün insanlar üçün bəşarət
verən və nəzərə çatdıran və lakin əksəriyyəti insanların
bilməzlər.
A.Mehdiyev və D.Cəfərli:
Və Biz səni bütün insanlara (öz əsrindən dünyanın sonundək) qoruyan və (salehlərə) müjdə verən və (pisləri) qorxudan (kimi) göndərdik. Lakin camaatın əksəriyyəti (bunu) bilmir.
Kövsər Tağıyev:
Biz səni ancaq bütün insanlara müjdələyən və xəbərdar edən olaraq göndərdik. Lakin insanların çoxu bilməzlər.
M.Qənioğlu və T.Bilaloğlu:
Biz səni bütün insanlara ancaq bir müjdəçi və bir xəbərdarlıq edən kimi göndərdik. Amma insanların çoxu bilmir.
Sabirə Dünyamalıyeva:
Və Biz, səni ancaq bütün insanlara müjdə verən və xəbərdarlıq edən kimi göndərdik, lakin insanların çoxu bilmir.