Əlixan Musayev:
Biz heç iman gətirib yaxşı işlər görənləri yer üzündə fitnə-fəsad törədənlərə tay tutarıqmı? Ya da Allahdan qorxanları günahkarlara tay tutarıqmı?
Bünyadov-Məmmədəliyev:
Yoxsa Biz iman gətirib yaxşı işlər görənləri yer üzündə fitnə-fəsad törədənlərlə eyni tutacağıq?! Yaxud Allahdan qorxub pis əməllərdən çəkinənləri günahkarlara tay edəcəyik?!
Elmir Quliyev
:
Неужели Мы уравняем тех, кто уверовал и совершал праведные деяния, с теми, кто распространял нечестие на земле? Или же Мы уравняем богобоязненных с грешниками?
Ələddin Sultanov:
Yoxsa iman gətirib yaxşı işlər görənləri yer üzündə fitnə-fəsad törədənlərlə bir tutacağıq?! Yaxud müttəqiləri günahkarlarla bir tutacağıq?!
Kerbelayi Malik ağa:
Heç amənu olanları və əməli salihat (nəfsi islahedici əməl) işləyənləri yer üzündə fəsad çıxaranlarla ya da təqva sahiblərini facirlərlə (cəhənnəmliklərlə) bir tutarıqmı?
Ələsgər Musayev:
Yoxsa edərik Biz o
kəsləri ki, inanırlar və əməli salehdirlər, oxşar o kəslərlə ki,
ərzdə fəsad edirlər? Yoxsa müttəqiləri azğınlarla bərabər
edərik?
A.Mehdiyev və D.Cəfərli:
Məgər Biz iman gətirib yaxşı işlər görənləri (mükafatlandırma məqamında) yer üzündə fəsad törədənlərlə bir tutacağıq?! Yoxsa təqvalıları günahkarlarla bir tutacağıq?!
Kövsər Tağıyev:
Ona dedik ki: “Ey Davud! Həqiqətən, biz səni yer üzündə xəlifə etdik. İnsanlar arasında haqq ilə hökm ver. Nəfsin arzusuna uyma, yoxsa səni Allahın yolundan sapdırar. Allahın yolundan sapanlar üçün hesab gününü unutmaları səbəbi ilə şiddətli bir əzab var”.
M.Qənioğlu və T.Bilaloğlu:
Məgər Biz iman gətirib əməlisaleh olanları yer üzündə fitnə-fəsad törədənlərlə eyni tutarıqmı və ya Allahdan qorxanları günahkar kəslərlə eyni tutarıqmı?
Sabirə Dünyamalıyeva:
Yoxsa iman gətirən və saleh əməllər işləyənləri Biz, yer üzündəki o fitnəçilərə tay tutacağıq? Yoxsa Allahın mühafizəsi altına daxil olmuş o kəsləri, din-iman bilməyib pisliyə batanlara tay tutacağıq?