Əlixan Musayev:
Budur Allahın düşmənlərinin cəzası – Od! Ayələrimizi inkar etmələri üzündən orada onları, cəza yeri kimi, əbədi yurd gözləyir.
Bünyadov-Məmmədəliyev:
Budur Allahın düşmənlərinin cəzası – Cəhənnəm (cəhənnəm odu)! Ayələrimizi inkar etmələrinin cəzası olaraq onların əbədi məskəni oradadır!
Elmir Quliyev
:
Таково воздаяние врагам Аллаха! Огонь! В нем будет их Вечная обитель в воздаяние за то, что они отвергали Наши знамения.
Ələddin Sultanov:
Ayələrimizi inkar etmələrinə görə Allahın düşmənlərinin cəzası bu cəhənnəmdir. Ora onların əbədi yurdudur.
Kerbelayi Malik ağa:
Allahın düşmənlərinin cəzası həmin bu atəşdir. Ayələrimizi bilərək inkar etmiş olmaları səbəbiylə cəza olaraq, onlar üçün orada əbədilik yurdu vardır.
Ələsgər Musayev:
Bu, mükafatıdır
düşmənlərinin Allahın – od. Onlar üçün orada həmişəlik ev
vardır və mükafatdır nə ilə ki, oldular ayətlərimizlə Bizi inkar
edənlər.
A.Mehdiyev və D.Cəfərli:
Allahın düşmənlərinin cəzası həmin o oddur. Onda (onun içində) onlar üçün Bizim nişanələrimizi inkar etmələrinin cəzası olaraq əbədi ev vardır.
Kövsər Tağıyev:
Bax belə, Allahın düşmənlərinin cəzası atəşdir. Ayələrimizi inkar etmələrinin cəzası olaraq orada onlar üçün əbədilik yurdu var.
M.Qənioğlu və T.Bilaloğlu:
Bu, Allah düşmənlərinin ayələrimizi inkar etdikləri üçün cəzası - içərisində əbədi məskən salacaqları cəhənnəmdir.
Sabirə Dünyamalıyeva:
Bax bu, Allahın düşmənlərinin cəzasıdır; atəşdir. Ayələrimizi bilə-bilə inkar edən kəslər olduqlarının cəzası olaraq, onlar üçün orada əbədiyyət yurdu vardır.