Əlixan Musayev:
(İnsanlar) ümidlərini kəsdikdən sonra yağış endirən və Öz mərhəmətini (hər yana) yayan Odur. O, Himayəçidir, Tərifəlayiqdir.
Bünyadov-Məmmədəliyev:
(İnsanlar) ümidsizliyə qapılandan sonra, yağmur göndərən, nemətini (yağışını) açıb paylayan Odur. İxtiyar sahibi Odur. Tərifə (şükrə) layiq olan da Odur.
Elmir Quliyev
:
Он — Тот, Кто ниспосылает дождь после того, как они отчаиваются, и распространяет Свою милость. Он — Достохвальный Покровитель.
Ələddin Sultanov:
Onlar ümidsizliyə düşdükdən sonra yağışı endirən və Öz rəhmətini (yer üzünə) yayan da Odur. O, həqiqi dostdur, hər cür tərifə layiqdir.
Kerbelayi Malik ağa:
(Onlar) ümidlərini kəsdikdən sonra yağışı endirən və rəhmətini yayan Odur. O, Vəlidir (dost), Həmiddir.
Ələsgər Musayev:
O – Odur ki, nazil edir
yağışı ondan sonra ki, onlar məyus oldular və nəşr edərək yayır
rəhmətini. O Vəlidir, Həmiddir!
A.Mehdiyev və D.Cəfərli:
(İnsanlar) naümid olduqdan sonra faydalı yağışı nazil edən və Öz rəhmətini yayan Odur və Odur başçı, dost, yardımçı və (bütün sifət və işləri) təriflənmiş!
Kövsər Tağıyev:
O, insanlar ümidlərini kəsdikdən sonra yağmuru endirən, rəhmətini hər tərəfə yayandır. O, dost olandır, tərifə layiq olandır.
M.Qənioğlu və T.Bilaloğlu:
İnsanlar ümidlərini kəsdikdən sonra yağış endirən və Öz mərhəmətini yayan Odur. O, himayəçidir, tərifəlayiqdir!
Sabirə Dünyamalıyeva:
Və O, insanlar ümidlərini kəsdikdən sonra, yağışı endirən və mərhəmətini yayandır. Və O, öyülməyə layiq olandır, köməkçi, yol göstərici, qoruyucu yaxındır.