Əlixan Musayev:
O bunu (“(lə ilahə illəllah”) (kəlməsini)) öz nəsli arasında daimi qalacaq bir kəlmə etdi ki, bəlkə (doğru yola) qayıtsınlar.
Bünyadov-Məmmədəliyev:
(İbrahim) onu (la ilahə illallah kəlməsini) öz nəsli arasında həmişəlik qalan bir söz etdi. Bəlkə, (Məkkə müşrikləri bütpərəstlikdən əl çəkib babaları İbrahimin dininə) qayıdalar!
Elmir Quliyev
:
Он сделал это (свидетельство о том, что нет божества, кроме Аллаха) словом, пребывающим в его потомстве, чтобы они могли вернуться на прямой путь.
Ələddin Sultanov:
İbrahim bu sözü özündən sonrakı nəslinə miras qoydu ki, bəlkə onlar (haqq yola) qayıdalar.
Kerbelayi Malik ağa:
Onu nəsli içində əbədi qalan bir kəlmə etdi. Ola bilsin ki beləcə onlar (bütlərdən) dönərlər.
Ələsgər Musayev:
Etdi bunu qalan kəlmə gələn
nəsillərində onun, ola ki, onlar müraciət etsinlər!
A.Mehdiyev və D.Cəfərli:
Və (Allah) onu (bütlərdən bezarlığı və yaradılışın başlanğıcına üz tutulmasını) onun nəslinin arasında əbədi (qalan) kəlmə etdi ki, bəlkə (nəsli və qövmü ona tərəf) qayıtdılar.
Kövsər Tağıyev:
Bəlkə dönərlər deyə İbrahim bunu ardından gələnlər arasında qalıcı bir söz etdi.
M.Qənioğlu və T.Bilaloğlu:
İbrahim bu sözləri öz sonrakı nəsli üçün daimi qalacaq tövsiyə etdi ki, bəlkə onlar (haqqa) dönələr.
Sabirə Dünyamalıyeva:
İbrahim bu sözü, sonra gələcək olanlar üçün həmişəlik qalacaq bir söz etdi ki, bəlkə qayıdalar.-