Əlixan Musayev:
Bu ona görədir ki, onlar Allahın qəzəbinə səbəb olan şeyə uydular və Onun razı qaldığı şeyə nifrət etdilər. Buna görə də (Allah) onların əməllərini boşa çıxartdı.
Bünyadov-Məmmədəliyev:
Bu da onların Allahın qəzəbinə səbəb olan şeyə (Şeytana itaət etməyə) uymaları və (Allaha) xoş gedən şeyi (kafirlərlə vuruşmağı) bəyənmədiklərinə görədir. Elə buna görə də (Allah) onların əməllərini puç etdi.
Elmir Quliyev
:
Это — за то, что они последовали за тем, что вызвало ярость Аллаха, и возненавидели то, чем Он доволен, и поэтому Он сделал тщетными их деяния.
Ələddin Sultanov:
Çünki onlar Allahı qəzəbləndirən şeylərə uydular və Onun razı qaldığı şeyləri bəyənmədilər. Buna görə də Allah onların əməllərini puç etdi.
Kerbelayi Malik ağa:
Bu, onların Allahı qəzəbləndirən şeylərə tabe olmaları və Onun rizasını bəyənməmələri səbəbiylədir. Beləcə onların əməllərini puça çıxartdı.
Ələsgər Musayev:
Bu,
ondan ötrüdür ki, onlar tabe oldular ondan ki, qəzəbləndirdi
Allahı və kərahətləri oldu onların Onun razılığından. O məhv
etdi əməllərini onların.
A.Mehdiyev və D.Cəfərli:
O (əzab) onların Allahı qəzəbləndirən şeyə tabe olmalarına (peyğəmbərə qarşı çıxmalarına, Tövrat və İncili təhrif etmələrinə) və Onun razılığını xoşlamadıqlarına görədir. Buna görə də (Allah) onların (xeyir) əməllərini puç və batil etdi.
Kövsər Tağıyev:
Bu, Allahı qəzəbləndirən şeylərə uymaları və Onun sevdiyi şeyləri bəyənməmələri səbəbi ilədir. Allah da onların əməllərini boşa çıxarmışdır.
M.Qənioğlu və T.Bilaloğlu:
Bu, ona görədir ki, onlar Allahın qəzəbinə səbəb olan şeylərin ardınca getdilər və Onun razılığına səbəb olan şeyləri bəyənmədilər. O, onların əməllərini puç etdi.
Sabirə Dünyamalıyeva:
Bunun səbəbi, onların, Allahı qəzəbləndirən şeylərə uyması və Onun rizasını bəyənməmələridir. Allah onların əməllərini puç etmişdir.