Əlixan Musayev:
O, (qonaqların yemədiklərini görüb) onlardan qorxuya düşdü. Onlar: “Qorxma!”– dedilər və ona elmli bir oğlan uşağı ilə müjdə verdilər.
Bünyadov-Məmmədəliyev:
(İbrahim qonaqların yeməyə əl uzatmadıqlarını gördükdə) onlardan qorxuya düşdü. Onlar: “Qorxma!” – dedilər və ona çox bilikli bir oğlan uşağı (İshaqın dünyaya gələcəyi) ilə müjdə verdilər.
Elmir Quliyev
:
Он испугался их в душе, и тогда они сказали: "Не бойся". Они обрадовали его вестью о знающем мальчике.
Ələddin Sultanov:
İbrahim (qonaqların yemədiklərini görüb) dərhal onlardan qorxuya düşdü. Onlar: “Qorxma!” - dedilər və onu çox bilikli bir oğlan uşağı (İshaq) ilə müjdələdilər.
Kerbelayi Malik ağa:
Lakin onlardan qorxduğunu hiss etdi: ‘Qorxma!’ dedilər. Onu bilikli bir oğlanla müjdələdilər.
Ələsgər Musayev:
Və onlardan xof hiss etdi. Dedilər:
«Xoflanma!» və bəşarət verdilər ona elmli qulam ilə.
A.Mehdiyev və D.Cəfərli:
Beləliklə onlardan (qonaqlardan) qorxuya düşdü. Onlar dedilər: «Qorxma!» Və ona çox bilikli bir oğlan uşağı ilə müjdə verdilər.
Kövsər Tağıyev:
(Yemədiklərini gördükdə) İbrahimin içinə onlardan bir qorxu düşdü. Onlar: “Qorxma”, – dedilər və onu çox bilikli bir oğul ilə müjdələdilər.
M.Qənioğlu və T.Bilaloğlu:
O, (yemədiklərini görüb) onlardan qorxuya düşmüşdü. Onlar isə: "Qorxma!" - deyərək ona elm sahibi olacaq bir oğlan uşağı müjdəsi vermişdilər.
Sabirə Dünyamalıyeva:
Sonra onlardan çəkindi. Onlar: "Qorxma!" dedilər və onu çox bilikli bir oğul müjdəsi verdilər.