Əlixan Musayev:
Onlar yaramaz əməl etdikləri zaman: “Atalarımızı belə gördük. Allah da bizə bunu əmr etmişdir”– deyirlər. De: “Allah yaramaz əməlləri əmr etməz. Yoxsa Allaha qarşı bilmədiyinizi danışırsınız?”
Bünyadov-Məmmədəliyev:
(Şeytanla dost olanlar) ədəbsizlik (bütpərəstlik adəti üzrə Kəbəni çılpaq təvaf) etdikləri zaman: “Atalarımızı belə gördük. Bunu bizə Allah əmr etmişdir” ,- deyirlər. (Ya Peyğəmbərim!) De: “Allah ədəbsizlik (yaramaz işlər) əmr etməz. Allaha qarşı bilmədiyiniz şeyimi deyirsiniz?”
Elmir Quliyev
:
Когда они совершают мерзость, они говорят: "Мы видели, что наши отцы поступали таким образом. Аллах повелел нам это". Скажи: "Аллах не велит совершать мерзость. Неужели вы станете наговаривать на Аллаха то, чего не знаете?"
Ələddin Sultanov:
Onlar pis bir iş gördükləri zaman: “Atalarımızın bu yolda olduğunu gördük. Bunu bizə Allah əmr etmişdir”, - deyirlər. De: “Şübhəsiz, Allah ədəbsizliyi əmr etməz. Allaha qarşı bilmədiyiniz şeylərimi söyləyirsiniz?”
Kerbelayi Malik ağa:
Çirkin bir iş etdikləri zaman: ‘Atalarımızdan belə gördük və Allah onu bizə əmr etdi.’ dedilər. (Onlara belə) de: ‘Şübhəsiz ki, Allah fuhşu (pisliyi, çirkinliyi) əmr etməz. Allaha qarşı bilmədiyiniz bir şeyimi söyləyirsiniz?’
Ələsgər Musayev:
Onda ki, edirlər fahişəlik, deyirlər: «Atalarımızı bunda tapmışıq və bunu Allah bizə əmr edib». De: «Həqiqətən, Allah fahişəlik ilə əmr etməz! Ə, Allah barəsində bilmədiyinizimi deyirsiniz?»
A.Mehdiyev və D.Cəfərli:
Onlar pis bir iş gördükləri zaman «atalarımızı belə gördük və bizə bunu Allah əmr etmişdir» deyərlər. De: «Allah əsla pis işə əmr etməz. Bilmədiyiniz bir şeyi Allaha nisbət verirsiniz?»
Kövsər Tağıyev:
Çirkin bir iş etdikləri zaman: “Biz atalarımızdan belə gördük, Allah da bizə bunu əmr etdi”, – deyərlər. De ki: “Şübhəsiz, Allah çirkin işləri əmr etməz. Siz bilmədiyiniz şeyləri Allahın üstünəmi atırsınız?”
M.Qənioğlu və T.Bilaloğlu:
Onlar bir pis iş tutanda deyirlər "Ata-babalarımızı biz beləcə görmüşük və Allah bizə də bunu buyurub". De: "Allah əsla pis işlər buyurmaz. Doğrudanmı siz Allah barəsində bilmədiyiniz şeyləri söyləyirsiniz?"
Sabirə Dünyamalıyeva:
Və onlar ikrah doğuran bir iş gördükləri zaman, "Əcdadımızı da bu yolda gördk, bunu bizə Allah əmr etdi" deyərlər. De ki: "Allah ikrah doğuran işləri əmr etməz. Allaha qarşı bilmədiyiniz şeyimi deyirsiniz?"