İnsan Surəsi 28. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Biz onları yaratdıq xilqətini möhkəmlətdik. Əgər istəsək, (onları) özlərinə bənzərləri ilə dəyişdirərik.
Bünyadov-Məmmədəliyev:
Onları yaradan da, güclü-qüvvətli edən (oynaqlarını bir-birinə bağlayan da) Bizik. Əgər istəsək, onları özləri kimilərlə əvəz edərik.
Elmir Quliyev :
Мы создали их и укрепили их суставы. Но если Мы пожелаем, то заменим их подобными им.
Ələddin Sultanov:
Onları yaradan da, qüvvətli edən Bizik. Əgər istəsək, onları bənzərləri ilə əvəz edərik.
Kerbelayi Malik ağa:
Onları Biz yaratdıq. Biz onları güclü-qüvvətli etdik. İstədiyimiz zaman onları bənzərləri ilə əvəz edərik.
Ələsgər Musayev:
Biz xəlq etdik onları şiddətli etdik onların əsərlərini. Onda ki, istəyək Biz dəyişərik onları misli ilə onların.
A.Mehdiyev və D.Cəfərli:
Biz onları yaratmışıq oynaqlarının bəndlərini bərkitmişik istədiyimiz zaman onları (öldürərik və) özləri kimilərlə (dünyada gələcək əsrlərin insanları yaxud da axirətdə yeni bədənlərilə) onların təsəvvürlərinə sığışmayan heyrət doğurucu bir əvəzetmə ilə əvəz edərik.
Kövsər Tağıyev:
Onları biz yaratdıq oynaqlarını (bir-birinə) biz bağladıq. İstədiyimiz zaman (onları yox edər) yerlərinə bənzərlərini gətirərik.
M.Qənioğlu və T.Bilaloğlu:
Biz onları yaratdıq, onları möhkəm, qüvvətli etdik. Biz istədiyimiz vaxtda onlan özlərinə bənzədən ilə əvəz edərik.
Sabirə Dünyamalıyeva:
Biz, onları Biz əmələ gətirdik. Bədənlərini Biz möhkəm etdik. İstədiyimiz vaxt onları özləri kimilərlə elə hey əvəz edərik.