Əlixan Musayev:
Bilin ki, var-dövlətiniz də, övladlarınız da ancaq bir imtahandır. Böyük mükafat isə Allah dərgahındadır.
Bünyadov-Məmmədəliyev:
Bilin ki, mal-dövlətiniz və övladınız sizin üçün (Allah qarşısında) ancaq bir imtahandır. Ən böyük mükafat isə məhz Allah yanındadır!
Elmir Quliyev
:
Знайте, что ваше имущество и ваши дети являются искушением и что у Аллаха — великая награда.
Ələddin Sultanov:
Bilin ki, mal-dövlətiniz də, övladlarınız da ancaq bir imtahandır. Ən böyük mükafat isə Allah yanındadır.
Kerbelayi Malik ağa:
Bilin ki, övladlarınız və mallarınız sizin üçün yalnız bir fitnədir (imtahandır). Allah ki, Onun dərgahında (şübhəsiz) əzim bir əcr (mükafat) vardır.
Ələsgər Musayev:
Bilin ki, malınız və övladınız sınaqdır və həqiqətən, əzəmətli əcr Allah yanındadır!
A.Mehdiyev və D.Cəfərli:
Bilin ki, mallarınız və övladlarınız imtahan vasitəsidir və həqiqətən böyük mükafat, məhz Allahın yanındadır.
Kövsər Tağıyev:
Bilin ki, mallarınız və övladlarınız bir imtahandır. Allah qatında isə böyük bir mükafat var.
M.Qənioğlu və T.Bilaloğlu:
Bilin ki, mal-dövlətiniz də, övladlarınız da (sizin üçün) ancaq bir sınaqdır. Şübhəsiz ki, böyük mükafat Allahın dərgahındadır.
Sabirə Dünyamalıyeva:
Şübhəsiz ki, mallarınızın və övladlarınızın, həqiqətən bir imtahan vasitəsi olduğunu; sizi dindən çıxaracaq bir varlıq olduğunu və həqiqətən Allah yanında çox böyük əcr olduğunu bilin.