Tövbə Surəsi 28. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Ey iman gətirənlər! Həqiqətən də, müşriklər murdardırlar. Odur ki, özlərinin bu ilindən sonra Məscidulharama yaxınlaşmasınlar. Əgər kasıblıqdan qorxursunuzsa, (bilin ki,) Allah istəsə, Öz lütfündən (bəxş etməklə) sizi varlandırar. Həqiqətən, Allah Biləndir, Müdrikdir.
Bünyadov-Məmmədəliyev:
Ey iman gətirənlər! Müşriklər (batinləri xəbis, etiqadları puç iyrənc olduğuna, su başına çıxdıqdan sonra yuyunmadıqlarına, dəstəmaz almadıqlarına cənabət qüslü etmədiklərinə görə), doğrudan da, murdardırlar. Özlərinin bu ilindən (hicrətin doqquzuncu ilindən) sonra Məscidülhərama yaxınlaşmasınlar. Əgər yoxsulluqdan (ehtiyacdan) qorxursunuzsa, (bilin ki) əgər Allah istəsə, öz nemətindən (verib) sizi mütləq dövlətli edəcəkdir. Allah (hər şeyi) biləndir, hikmət sahibidir!
Elmir Quliyev :
О те, которые уверовали! Воистину, многобожники являются нечистыми. И пусть они после этого их года не приближаются к Заповедной мечети. Если же вы боитесь бедности, то Аллах обеспечит вас богатством из Своей милости, если пожелает. Воистину, Аллах Знающий, Мудрый.
Ələddin Sultanov:
Ey iman gətirənlər! Müşriklər həqiqətən, murdardırlar. Ona görə onlar bu ildən sonra Məscidi-harama yaxınlaşmasınlar! Əgər yoxsulluqdan qorxursunuzsa, (bilin ki,) Allah diləyərsə, Öz lütfü ilə sizi zəngin edər. Şübhəsiz ki, Allah hər şeyi biləndir, hikmət sahibidir.
Kerbelayi Malik ağa:
Ey amənu olanlar (Allaha təslim olmağı diləyənlər)! Müşriklər yalnız bir nəcisdir (murdardır). Artıq bu ildən sonra Məscidi Harama yaxınlaşmasınlar. Əgər yoxsulluqdan qorxsanız, Allah dilərsə Öz fəzlindən sizi yaxında zənginləşdirəcək. Şübhəsiz ki, Allah Alimdir, Hakimdir.
Ələsgər Musayev:
Ay o kəslər ki, inanırsınız! Həqiqətən, müşriklər nəcisdirlər. Bu ildən sonra gərək qadağan olunmuş məscidə yaxın olmasınlar! Əgər çatışmamazlıqdan xofunuz olsa, Allah Öz fəzlindən, əgər istəsə, sizi varlandırar. Həqiqətən, Allah Alimdir, Həkimdir!
A.Mehdiyev və D.Cəfərli:
Ey iman gətirənlər, doğrudan da müşriklər murdardırlar. Odur ki, bu ildən (Hicrətin doqquzuncu ili, Tövbə surəsinin nazil olduğu ildən) sonra Məscidül-Hərama yaxınlaşmamalıdırlar. Əgər (onlarla əlaqənin kəsildiyinə görə düçar olacağınız) yoxsulluq kasıblıqdan qorxsanız, əgər Allah istəsə, tezliklə sizi Öz lütf mərhəməti ilə ehtiyacsız edər. Həqiqətən Allah bilən hikmətlidir.
Kövsər Tağıyev:
Ey iman edənlər! Allaha şərik qoşanlar ancaq bir nəcisdir. Artıq onların bu ilindən sonra Məscidi-Hərama yaxınlaşmasınlar. Əgər yoxsulluqdan qorxursunuzsa, Allah istəsə, lütfü ilə sizi zəngin edər. Şübhəsiz, Allah haqqı ilə biləndir, hökm hikmət sahibidir.
M.Qənioğlu və T.Bilaloğlu:
Ey iman gətirənlər! Müşriklər ancaq natəmizdirlər. Ona görə özlərinin bu ilindən sonra qoy onlar Məscidül-Hərama yaxın gəlməsinlər. Əgər kasıbçılıqdan qorxarsınızsa, Allah istəsə sizi Öz lütfündən varlandırar. Həqiqətən, Allah hər şeyi biləndir hikmət sahibidir!
Sabirə Dünyamalıyeva:
Ey iman edən kəslər! Şərik qoşan bu kəslər sadəcə olaraq murdardır. Bu illərindən sonra artıq Məscidülhərama yaxınlaşmasınlar. Əgər yoxsulluqdan/onların uzaqlaşması səbəbindən qazancınızı itirməkdən qorxursunuzsa, Allah istəsə, tezliklə sizi bəxşişlər ilə dövlətli edəcək. Şübhəsiz ki, Allah ən yaxşı bilən, ən yaxşı qanun qoyandır.