Bəqərə Surəsi 280. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Əgər borclu olan adam ağır şərait içindədirsə, onun vəziyyəti düzələnə qədər ona möhlət verin. Bilin ki, borcu bağışlamaq sizin üçün daha xeyirlidir.
Bünyadov-Məmmədəliyev:
Əgər sizə borclu olan şəxs çətin vəziyyətdə olarsa, ona vəziyyəti yaxşılaşıncaya qədər möhlət verin! Əgər bilmək istəyirsinizsə, (borcu) ona sədəqə olaraq bağışlamağınız daha yaxşıdır!
Elmir Quliyev :
Если должник находится в трудном положении, то дайте ему отсрочку, пока его положение не улучшится. Но дать милостыню будет лучше для вас, если бы вы только знали!
Ələddin Sultanov:
Əgər (sizə borclu olan şəxs) çətin vəziyyətdədirsə, (maddi vəziyyəti)düzələnə qədər (ona) möhlət verin! Əgər bilmək istəyirsinizsə, (borcunu ona) sədəqə kimi bağışlamağınız sizin üçün daha xeyirlidir.
Kerbelayi Malik ağa:
Əgər (borclu) çətin vəziyyətdədirsə (ödəyə bilməyəcəksə), o təqdirdə vəziyyəti yaxşılaşana qədər gözlənilməlidir. (Alacağınızı) sədəqə olaraq bağışlamağınız sizin üçün daha xeyirlidir. Kaş ki, bilsəydiniz.
Ələsgər Musayev:
əgər olar vəziyyəti ağır, nəzərə alın tərəfinə yüngül olanın. əgər sədəqə etsəniz - xeyirlidir sizin üçün, əgər oldunuz bilənlər!
A.Mehdiyev və D.Cəfərli:
Əgər (borclu şəxs) sıxıntı ehtiyac içində olsa, onda imkanı olana kimi ona möhlət vermək (sizin öhdənizədir). sədəqə verməyiniz (borcu bağışlamaq) sizin üçün daha xeyirlidir, əgər bilsəydiniz!
Kövsər Tağıyev:
Əgər borclu çətin vəziyyətdədirsə, imkan tapana qədər ona möhlət verin. Əgər bilsəniz, (borcu) sədəqə olaraq bağışlamanız sizin üçün daha xeyirlidir.
M.Qənioğlu və T.Bilaloğlu:
Əgər (borclu) çətinlik içərisindədirsə onun vəziyyəti yüngülləşənə qədər gözləyin. Sədəqə etmiş olsanız isə, bilsəniz sizin üçün daha yaxşı olar !
Sabirə Dünyamalıyeva:
Əgər borclu çətinlikdədirsə, [vəziyyəti] asanlaşana qədər möhlət verilməlidir! Əgər bilirsinizsə, sədəqə olaraq verməyiniz, sizin üçün daha xeyirlidir.