Bəqərə Surəsi 285. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Peyğəmbər öz Rəbbindən ona nazil edilənə iman gətirdi, möminlər (iman gətirdilər). Hamısı Allaha, Onun mələklərinə, kitablarına elçilərinə iman gətirdilər. (Onlardedilər): “Biz Onun elçiləri arasında fərq qoymuruq!” Onlar dedilər: “Eşitdik itaət etdik! Ey Rəbbimiz! Səndən bağış-lanma diləyirik, dönüş yalnız Sənədir!”
Bünyadov-Məmmədəliyev:
Peyğəmbər Rəbbi tərəfindən ona nazil edilənə (Qurana) inanmış möminlər iman gətirmişlər. (Onların) hamısı Allaha, Onun mələklərinə, kitablarına (bütün) peyğəmbərlərinə iman gətirərək dedilər: “Biz Onun peyğəmbərləri arasında fərq qoymuruq. (Allahın hökmlərini) eşitdik (anladıq) itaət etdik. Ey Rəbbimiz, bizi bağışla, (axırda) Sənin dərgahına (hüzuruna) qayıdacağıq!”
Elmir Quliyev :
Посланник и верующие уверовали в то, что ниспослано ему от Господа. Все они уверовали в Аллаха, Его ангелов, Его Писания и Его посланников. Они говорят: "Мы не делаем различий между Его посланниками". Они говорят: "Слушаем и повинуемся! Твоего прощения мы просим, Господь наш, и к Тебе предстоит прибытие".
Ələddin Sultanov:
Peyğəmbər möminlər, Rəbbindən ona nazil edilənə (Qurana)iman gətirmişlər. Onların hamısı Allaha, mələklərinə, kitablarına peyğəmbərlərinə iman gətirmişlər. Biz Onun peyğəmbərlərindən heç biri arasında fərq qoymuruq. Onlar belə demişdilər: “Eşitdik itaət etdik! Ey Rəbbimiz, bizi bağışla! Qayıdış Sənədir!”
Kerbelayi Malik ağa:
Rəsul Rəbbindən özünə endirilənə iman etdi möminlər hamısı Allaha, Onun mələklərinə, kitablarına rəsullarına iman etdi. ‘Biz Onun rəsulları arasından (heç) birini digərindən ayırmarıq’ ‘eşitdik itaət etdik! Rəbbimiz, Sənin məğfirətini diləyirik. Dönüş Sənədir (Sənə tərəf yola çıxarıq).’ dedilər.
Ələsgər Musayev:
Inandı rəsul ilə ki, nazildir tərəfinə onun öz Rəbbindən inananlar. Külli inandı Allah ilə mələklərinə Onun kitablarına Onun rəsullarına Onun. «Fərq qoymuruq arasında birinə rəsullarından Onun». deyirlər: «Eşitdik itaət etdik! Bağışla bizi Rəbbimiz Sənə tərəfdir qayıdış!»
A.Mehdiyev və D.Cəfərli:
Peyğəmbərimiz Rəbbi tərəfindən ona nazil olana iman gətirdi möminlər hamılıqla Allaha, Onun mələklərinə, kitablarına, elçilərinə (peyğəmbərlərə) iman gətirdilər (və dedilər): «Onun elçilərinin heç biri arasında fərq qoymuruq». Həmçinin dedilər: «Eşitdik itaət etdik; ey Rəbbimiz, Sənin bağışlamanı diləyirik; (hamının) qayıdış(ı) Sənə tərəfdir»!
Kövsər Tağıyev:
Peyğəmbər Rəbbindən özünə endirilənə iman etdi, möminlər (iman etdilər). Hər biri Allaha, mələklərinə, kitablarına peyğəmbərlərinə iman etdilər belə dedilər: “Onun peyğəmbərlərindən heç birini (digərindən) ayırd etmərik”. Həmçinin belə dedilər: “Eşitdik itaət etdik. Ey Rəbbimiz! Səndən bağışlanma diləyirik. Sonda qayıdış yalnız Sənədir”.
M.Qənioğlu və T.Bilaloğlu:
Peyğəmbər öz Rəbbi tərəfindən nazil edilmişə iman gətirdi, möminlər həmçinin. Hamısı Allaha, Onun mələklərinə, Kitablarına peyğəmbərlərinə iman gətirib (dedilər): "Biz Onun peyğəmbərlərindən heç birinə fərq qoymuruq. Onlar dedilər "Eşitdik itaət etdik ! Rəbbimiz, bağışlama Sənə məxsusdur qayıdış da Sənədir!
Sabirə Dünyamalıyeva:
Elçi, öz Rəbbindən ona nazil olana iman gətirdi, möminlər də. Hamısı Allaha, təbii güclərinə/xəbərçi ayələrinə, kitablarına elçilərinə iman etdilər: "Biz Allahın elçiləri arasında fərq qoymuruq." dedilər: "Biz eşitdik itaət etdik. Rəbbimiz! Bağışlamağını diləyirik, qayıdış ancaq Sənədir.