Əlixan Musayev:
Yusuf, sən bundan (bu işi açıb danışmaqdan) vaz keç! Sən də (ey arvad), günahına görə bağışlanma dilə. Çünki sən, günah işlətmisən”.
Bünyadov-Məmmədəliyev:
Ey Yusif! Sən bu işi açıb ağartma. Sən də (ey qadın) günahına görə (Allahdan) bağışlanmanı dilə. Çünki sən, həqiqətən, günah edənlərdənsən.
Elmir Quliyev
:
Йусуф (Иосиф), забудь об этом! А ты проси прощения за свое прегрешение, ибо ты совершила грех".
Ələddin Sultanov:
Yusif, bundan (bunları söyləməkdən) əl çək! (Ey Züleyxa!) Sən də günahının əfvini dilə! Sən həqiqətən, günahkarlardan oldun”.
Kerbelayi Malik ağa:
Yusif, sən bundan üz çevir və sən də (qadın) günahın üçün məğfirət dilə. Şübhəsiz ki, sən qəsdən günah işləyənlərdən oldun.
Ələsgər Musayev:
Yusif, sən bundan üz çevir. Sən də öz
günahından bağışlanmaq istə, həqiqətən, sən xəta edənlərdən
oldun».
A.Mehdiyev və D.Cəfərli:
«Ey Yusuf, sən bu hadisədən (onu faş etməkdən) daşın və sən də (ey qadın) günahının bağışlanmasını dilə ki, həqiqətən sən xəta edənlərdən olmusan.»
Kövsər Tağıyev:
“Ey Yusuf ! Sən bu barədə heç kimə heç nə demə. (Ey qadın,) sən də günahının bağışlanmasını dilə. Çünki sən günah edənlərdənsən”.
M.Qənioğlu və T.Bilaloğlu:
Yusuf, bu (əhvalatı) unut! Sən isə (arvad), günahının bağışlanmasını istə. Axı sən xəta törətmisən!"
Sabirə Dünyamalıyeva:
Qadın! Sən də günahın üçün əfv dilə. Şübhəsiz ki, sən səhv edənlərdən oldun." dedi.