Həcc Surəsi 29. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Sonra həcc ayinlərini tamamlasınlar, nəzirlərini yerinə çatdırsınlar qədim evi (Kəbəni) təvaf etsinlər.
Bünyadov-Məmmədəliyev:
Sonra həcc əməllərini (dırnaq kəsmək, saçını qırxmaq, yaxud qısaltmaq s.) yerinə yetirsinlər (və ya kirlərini təmizləsinlər), nəzirlərini versinlər (Nuhun tufanından salamat çıxmış, yaxud bəşər övladı üçün ilk ziyarətgah olan) qədim evi (Kəbəni) təvaf etsinlər!
Elmir Quliyev :
Затем пусть они завершат свои обряды, исполнят свои обеты и обойдут вокруг древнего Дома (Каабы).
Ələddin Sultanov:
Sonra (dırnaqlarını kəsməklə, saçlarını, qoltuq altı övrət yerlərini qırxmaqla) kirlərini təmizləsinlər, nəzirlərini yerinə yetirsinlər qədim evi (Kəbəni) təvaf etsinlər!
Kerbelayi Malik ağa:
Sonra təmizlənsinlər (ehrama girsinlər). Nəzirlərini (əhdlərini) yerinə yetirsinlər. Beyti Atiqi (ilk ev Kəbəni) təvaf etsinlər.
Ələsgər Musayev:
Sonra qoy onlar münasib olanı yerinə yetirsinlər nəzirlərinə vəfa etsinlər qoy beytül-ətiqi təvaf etsinlər.
A.Mehdiyev və D.Cəfərli:
«Sonra (başı qırxmaq, ehramdan çıxmaq qüsl verərək təmizlik işləri aparmaqla) öz (bədənlərinin) bulaşıq çirklərini yox etsinlər. öz (boyunlarında olan) nəzirlərinə vəfa etsinlər həmin əziz, qədim azad evin ətrafında təvaf etsinlər!»
Kövsər Tağıyev:
Sonra kirlərini atsınlar, nəzirlərini yerinə yetirsinlər Beyti-Ətiqi (Kəbəni) təvaf etsinlər.
M.Qənioğlu və T.Bilaloğlu:
Sonra isə özlərindəki əyər-əksikləri [saç, dırnaq, çirki] aradan qaldırsınlar, nəzirlərini tam versinlər Beytul-ətiqin [Kəbənin] ətrafına təvvaf etsinlər [dolansınlar].
Sabirə Dünyamalıyeva:
Sonra kirlərindən xilas olub təmizlənsinlər. Əhdlərini yerinə yetirsinlər.