Şüəra Surəsi 29. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
(Firon) dedi: “Əgər məndən başqasını özünə tanrı qəbul etsən, səni məhbusların yanına ataram!”
Bünyadov-Məmmədəliyev:
(Firon: ) “Əgər məndən başqa tanrı qəbul etsən, səni mütləq dustaq edəcəyəm!” dedi.
Elmir Quliyev :
Фараон сказал: "Если ты будешь поклоняться иному богу, кроме меня, то я помещу тебя вместе с заключенными".
Ələddin Sultanov:
(Firon) dedi: “Əgər məndən başqasını ilah qəbul etsən, səni mütləq həbs edəcəyəm!”
Kerbelayi Malik ağa:
(Firon): ‘Əgər həqiqətən məndən başqa bir ilah qəbul etsən, səni mütləq məhbuslardan (zindana atılanlardan) edərəm.’
Ələsgər Musayev:
Dedi: «Əgər məndən qeyri ilahi götürsən, səni dustaqlardan edərəm».
A.Mehdiyev və D.Cəfərli:
Firon dedi: «Şübhəsiz, əgər məndən savayı bir tanrı qəbul etsən, mütləq səni həbs etdirəcəyəm».
Kövsər Tağıyev:
Firon: “Əgər məndən başqa bir tanrı qəbul etsən, and olsun səni zindana atılanlardan edərəm”, dedi.
M.Qənioğlu və T.Bilaloğlu:
O dedi: "Əgər məndən başqasını özünə tanrı götürsən, səni mütləq həbs olunanlardan edərəm."
Sabirə Dünyamalıyeva:
Firon: “Məndən başqa tanrı qəbul edirsən? And olsun ki, səni zindana saldıraram” dedi.