Ali-İmran Surəsi 29. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
De: “Kökslərinizdə olanı gizlətsəniz də, üzə çıxarsanız da, Allah onu bilir. O, göylərdə yerdə olanları da bilir. Allah hər şeyə qadirdir.
Bünyadov-Məmmədəliyev:
(Ya Rəsulum!) De: “Ürəklərinizdəkini gizli saxlasanız, aşkara da çıxartsanız (fərqi yoxdur), Allah onu bilir. Çünki O, göylərdə yerdə varsa (hamısını) bilir. Allah hər şeyə qadirdir!
Elmir Quliyev :
Скажи: "Скроете ли вы то, что у вас в груди, или обнародуете, Аллах все равно знает об этом. Он знает о том, что на небесах и на земле. Аллах способен на всё".
Ələddin Sultanov:
De: “Qəlblərinizdə olanı gizli saxlasanız da, üzə çıxartsanız da, Allah onu bilir. O, göylərdə yerdə varsa, hamısını bilir. Allah hər şeyə qadirdir”.
Kerbelayi Malik ağa:
De ki: Sinələrinizdə olanı gizlətsəniz ya onu açıqlasanız da Allah onu bilir. Allah göylərdə yerdə olanları bilir. Allah hər şeyə qadirdir.
Ələsgər Musayev:
De: «Əgər gizlədəsiz ki, ürəyinizdə var, ya aşkar edəsiniz onu, bilər onu Allah. Bilir ki, səmalarda ki, ərzdə var! Allah üzərində külli şeyin Qadirdir!»
A.Mehdiyev və D.Cəfərli:
De: «?g?r sin?l?rinizd? olan? (fikir v? q?lbinizd?n kecirdikl?rinizi, ?qid?l?rinizi, hallar?n?z? v? ad?tl?rinizi) gizl?ts?niz, yaxud (dil v? ?m?ll?) askar ets?niz, Allah onu bilir. H?mcinin goyl?rd? olan? da, yerd? olan? da bilir v? Allah h?r bir sey? qadirdir».
Kövsər Tağıyev:
De ki: “İçinizdəkini gizləsəniz də, aşkara çıxarsanız da Allah onu bilər. Göylərdəki hər şeyi, yerdəki hər şeyi bilir. Allah hər şeyə haqqı ilə qadirdir”.
M.Qənioğlu və T.Bilaloğlu:
De: "Ürəklərinizdə olanları gizlətsəniz də, aşkar etsəniz də, Allah onları bilir. Axı O, göylərdə yerdə varsa, ondan xəbərdardır. Allah hər şeyə qadirdir!"
Sabirə Dünyamalıyeva:
De ki: "Sinələrinizdəki şeyləri gizlətsəniz də, aşkar etsəniz də, Allah onu bilir. Allah, göylərdə olan şeyləri yerdə olan şeyləri bilir. Allah, hər şeyə qadirdir."