Əlixan Musayev:
Allahın Kitabını oxuyanlar, namaz qılanlar və özlərinə verdiyimiz ruzilərdən gizli və aşkar xərcləyənlər səmərəsiz olmayacaq bir ticarətə ümid edirlər ki,
Bünyadov-Məmmədəliyev:
Allahın Kitabını oxuyan, namaz qılan, özlərinə verdiyimiz ruzilərdən (Allah yolunda) gizli və aşkar xərcləyənlər kasad olmayacaq bir ticarət (savab) umarlar ki,
Elmir Quliyev
:
Воистину, те, которые читают писание Аллаха, совершают намаз и расходуют из того, чем Мы наделили их, тайно и открыто, надеются на сделку, которая не окажется безуспешной,
Ələddin Sultanov:
Həqiqətən, Allahın Kitabını oxuyanlar, namaz qılanlar və özlərinə verdiyimiz ruzilərdən gizli və aşkar infaq edənlər əsla zərər etməyən bir qazanc uma bilərlər.
Kerbelayi Malik ağa:
Şübhəsiz ki, Allahın Kitabını oxuyanlar, namazı qılanlar, onlara verdiyimiz ruzilərdən gizli və aşkar infaq edənlər əsla bitməyəcək bir ticarəti ümid edərlər.
Ələsgər Musayev:
Həqiqətən, o kəslər ki, tilavat edirlər
kitabını Allahın və ayağa qalxırlar islahata və nədən ki,
ruziləndirmişik onları infaq edirlər sirli və elanlı, bir ticarətə
ümidləri var ki, hədər getməz,
A.Mehdiyev və D.Cəfərli:
Şübhəsiz, Allahın kitabını daim oxuyan və namaz qılan, ruzi olaraq onlara verdiklərimizdən (Allah yolunda) gizli və aşkar xərcləyənlər, əsla kasadlığı və ziyanı olmayan bir ticarətə ümidvardırlar ki,
Kövsər Tağıyev:
Şübhəsiz, Allahın kitabını oxuyanlar, namazı qılanlar və onlara ruzi olaraq verdiklərimizdən Allah yolunda gizli və aşkar xərcləyənlər əsla zərərə uğramayacaq bir ticarət uma bilərlər.
M.Qənioğlu və T.Bilaloğlu:
Allahın Kitabını oxuyanlar, namaz qılanlar, verdiyimiz ruzidən gizli və aşkar sərf edənlər heç vaxt itib-batmayacaq bir ticarət ümidindədirlər
Sabirə Dünyamalıyeva:
Heç şübhəsiz, Allahın kitabını oxuyan, səlatı yerinə yetirən [maddi və zehni baxımdan dəstək olma; cəmiyyəti maarifləndirmə qurumlarını meydana gətirən və davam etdirən] və ruzi olaraq verdiyimiz şeylərdən gizli və açıq surətdə Allah yolunda sərf edən/yaxınlarının ehtiyaclarını təmin edən bu kəslər, qətiyyən batmaq ehtimalı/imkanı olmayan bir ticarətə ümidvar olublar ki,