Sad Surəsi 29. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
(Bu) mübarək Kitabı, (insanların) onun ayələrini düşünüb anlaması ağıl sahiblərinin ondan ibrət götürməsi üçün sənə nazil etdik.
Bünyadov-Məmmədəliyev:
(Ya Peyğəmbər! Bu Quran) sənə nazil etdiyimiz mübarək (xeyir-bərəkətli) bir Kitabdır ki, (insanlar) onun ayələrini düşünüb dərk etsinlər ağıl sahibləri (ondan) ibrət alsınlar!
Elmir Quliyev :
Это благословенное Писание, которое Мы ниспослали тебе, дабы они размышляли над его аятами и дабы обладающие разумом помянули назидание.
Ələddin Sultanov:
Sənə bu mübarək Kitabı, ağıl sahibləri ondakı ayələri düşünsün öyüd alsınlar deyə nazil etdik.
Kerbelayi Malik ağa:
Bu Mübarək Kitabı sənə endirdik, ayələri ilə tədbir görsünlər Üluləlbab təzəkkür etsin (ibrət alıb dərk etsinlər) deyə.
Ələsgər Musayev:
Mübarək kitab ki, nazil etdik onu sənin üzərinə, ondan ötrü ki, onun ayətlərini düşünsünlər yad etsinlər əql düşüncə sahibləri!
A.Mehdiyev və D.Cəfərli:
(Bu Qur’an,) ayələrində düşünüb arxasınca getmələri (və onda olan dərin maarifi əldə etmələri) (əsl) ağıl sahiblərinin ibrət götürmələri üçün sənə nazil etdiyimiz xeyir dolu mübarək bir kitabdır
Kövsər Tağıyev:
Biz göyü, yeri ikisi arasındakıları əbəs yerə yaratmadıq. Bu, (yaradılanların əbəs yerə yaradıldığı iddiası) inkar edənlərin zənnidir. Cəhənnəm atəşinə görə vay inkar edənlərin halına!
M.Qənioğlu və T.Bilaloğlu:
(Bu), ayələrini düşünüb anlamaları əql sahiblərinin ibrət almaları üçün sənə nazil etdiyimiz mübarək bir kitabdır.
Sabirə Dünyamalıyeva:
Bu, təmiz ağıl sahibləri onun ayələrini arxa arxaya düzərək düşünsünlər öyüd alsınlar deyə, sənə nazil etdiyimiz bərəkətli bir kitabdır.