Əlixan Musayev:
Ey iman gətirənlər! Qarşılıqlı razılıqla aparılan ticarət istisna olmaqla mallarınızı öz aranızda haqsız yerə yeməyin və bir-birinizi məhv etməyin. Həqiqətən, Allah sizə qarşı Rəhmlidir.
Bünyadov-Məmmədəliyev:
Ey iman gətirənlər! Qarşılıqlı razılıqla edilən alış-veriş müstəsna olmaqla, bir-birinizin mallarını haqsız bəhanələrlə (haqsız yerə) yeməyin və özünüzü öldürməyin! Həqiqətən, Allah sizə qarşı mərhəmətlidir!
Elmir Quliyev
:
О те, которые уверовали! Не пожирайте своего имущества между собой незаконно, а только путем торговли по обоюдному вашему согласию. Не убивайте самих себя (друг друга), ведь Аллах милостив к вам.
Ələddin Sultanov:
Ey iman gətirənlər! Aranızda qarşılıqlı razılıqla edilən alış-veriş istisna olmaqla, mallarınızı aranızda batil yolla (haqsızlıqla və haram yolla) yeməyin və özünüzü (bir-birinizi) öldürməyin! Həqiqətən, Allah sizə qarşı mərhəmətlidir.
Kerbelayi Malik ağa:
Ey iman edənlər (amənu olanlar)! Bir-birinizin mallarını haqsızlıqla yeməyin, ancaq sizin razılığınızla etdiyiniz ticarət müstəsna. Özünüzü (və bir-birinizi) öldürməyin (intihar etməyin). Şübhəsiz ki, Allah sizə qarşı Rəhimdir.
Ələsgər Musayev:
Ay o kəslər ki, inanırsınız! Yeməyin malınızı
aranızda batillə, ancaq bui, olsa ticarət tərzi aranızda sizin. Və
qətl etməyin nəfsinizi, həqiqətən, Allah olar sizinlə Rəhim!
A.Mehdiyev və D.Cəfərli:
Ey iman gətirənlər, qarşılıqlı razılıq əsasında olan ticarət istisna olmaqla öz aranızda bir-birinizin mallarını haqsız yerə (şəriət və qanuna zidd yollarla) yeməyin. İntihar etməyin, bir-birinizi öldürməyin və özünüzü günah təhlükəsinə atmayın. Həqiqətən Allah sizə qarşı həmişə mehribandır.
Kövsər Tağıyev:
Ey iman edənlər! Mallarınızı aranızda batil yollarla yeməyin. Ancaq qarşılıqlı razılıqla edilən ticarət müstəsnadır. Özünüzü həlak etməyin. Şübhəsiz, Allah sizə qarşı çox mərhəmətlidir.
M.Qənioğlu və T.Bilaloğlu:
Ey iman gətirənlər! Malınızı qarşılıqlı razılığınızla alış-veriş olmasa, öz aranızda haqsız olaraq yeməyin və canınıza qəsd etməyin! Həqiqətən, Allah sizə rəhm edəndir.
Sabirə Dünyamalıyeva:
Ey iman etmiş kəslər! Mallarınızı -öz razılığınızla həyata keçirdiyiniz ticarət istisna olmaqla- aranızda haqsız yolla yeməyin, özünüzü öldürməyin/özünüzü fəlakətə sürükləməyin. Şübhəsiz ki, Allah, sizə çox mərhəmətlidir.