Əlixan Musayev:
Kafirlər deyəcəklər: “Ey Rəbbimiz! Cinlərdən və insanlardan bizi tovlayıb yoldan çıxardanları bizə göstər ki, biz onları tapdağımız altına salıb yerlə yeksan edək”.
Bünyadov-Məmmədəliyev:
Kafir olanlar deyəcəklər: “Ey Rəbbimiz! Cinlərdən və insanlardan bizi azdıranları bizə göstər ki, onları ayaqlarımız altına salaq, paymal olsunlar!”
Elmir Quliyev
:
Неверующие скажут: "Господь наш! Покажи нам тех джиннов и людей, которые ввели нас в заблуждение. Мы бросим их себе под ноги, чтобы они были самыми низкими".
Ələddin Sultanov:
Kafirlər: “Ey Rəbbimiz! Bizi haqq yoldan azdıran cinləri və insanları bizə göstər ki, onları ayaqlarımızın altına salıb cəhənnəmin dibinə göndərək”, - dedilər.
Kerbelayi Malik ağa:
Kafirlər dedilər ki: ‘Rəbbimiz, insanlardan və cinlərdən bizi sapdıranları bizə göstər. Onları ayaqlarımızın altına alaq ki, ən aşağıda qalanlardan olsunlar.’
Ələsgər Musayev:
Dedilər o kəslər ki, kafirdirlər: «Rəbbimiz, göstər
bizə o kəsləri ki, zəlil etdilər bizi - cinlərdən və insanlardan. Biz
onların hər ikisini ayağımız altında yerləşdirək, ondan ötrü ki,
səfillərdən olsunlar!»
A.Mehdiyev və D.Cəfərli:
Kafirlər (həmin gün) deyərlər: «Ey Rəbbimiz! Cin və insanlardan bizi azdırmış o iki dəstəni bizə göstər, xar olub alçalmaları üçün onları ayaqlarımızın altına sal(ıb tapday)aq.»
Kövsər Tağıyev:
(Atəşə girən) inkar edənlər belə deyərlər: “Rəbbimiz! Cinlərdən və insanlardan bizi sapdıranları bizə göstər, onları ayaqlarımızın altına salaq ki, ən səfillərdən olsunlar”.
M.Qənioğlu və T.Bilaloğlu:
Kafirlər deyərlər: “Rəbbimiz, cin və insanlar içərisindən bizi yoldan çıxarıb azdırmış o iki nəfəri bizə göstər. Biz onları ayaqlarımız altına qoyarıq ki, onlar (odda) ən altda qalanlardan olsunlar!"
Sabirə Dünyamalıyeva:
Və o kafirlər [Allahın məbud və rəbb olduğunu bilə-bilə inkar etmiş olan o kəslər]: "Ey Rəbbimiz! Bizi doğru yoldan azdıran, bildiyimiz-bilmədiyimiz hər kəsi bizə göstər. Onlar ən aşağıdakılardan olsunlar deyə biz onları ayaqlarımızın altında saxlayaq" dedilər.